Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Leyla Əliyeva "Seaspiracy" sənədli filminin nümayişində iştirak edib
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində "Fighting for International Nautical Species" (FINS) təşəbbüsünün pavilyonunu ziyarət edib.
Oxu.Az xəbər verir ki, Pavilyon dəniz canlılarının qorunması, eləcə də bu sahədə beynəlxalq səylərin artırılmasının əhəmiyyətinə həsr olunub.
FINS pavilyonunda həyata keçirilən silsilə tədbirlər çərçivəsində Leyla Əliyeva "Seaspiracy" sənədli filminin nümayişində iştirak edib. Sözügedən filmdə balıqçılıq sənayesinin ətraf mühitə, ekosistemlərə və dəniz heyvanlarına təsirinə dair məlumat verilir və dayanıqlı balıqçılığın yaratdığı imkanlar qeyd olunur.
Tədbirin yekununda "Seaspiracy" layihəsinin rəhbəri İzabella Kavalletti iştirakçıları maraqlandıran sualları cavablandırıb.
"Leyla Əliyeva" teqi üzrə xəbərlər
- Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak edib
- Leyla Əliyeva nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak etdi
- Leyla Əliyeva və Arzu Əliyeva COP29-da təqdim edilən inklüziv sərgi ilə tanış olublar
- Leyla Əliyeva Bakıda ilk inklüziv iaşə obyekti olan "Kaşalata" kafeni ziyarət edib
- Leyla Əliyeva Bakıda əlilliyi olan şəxslərin çalışdığı inklüziv kafedən paylaşım edib