Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İsrail səfiri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini ehtiramla yad edib - FOTO
“Yanvarın 20-də Azərbaycanda ölkənin milli iradəsini darmadağın etmək istəyən təcavüzkarların zorakılığı nəticəsində faciəvi şəkildə həlak olmuş 147 günahsız insanın xatirəsi ehtiramla yad edilir”.
Bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik “X” sosial şəbəkəsində yazıb.
O qeyd edib ki, hüznə baxmayaraq, əzmkar Azərbaycan xalqı azadlıq və öz müqəddəratını təyinetmə uğrunda mübarizədə əzmkarlıq nümayiş etdirib. “İsrail xalqı hər gün olduğu kimi bu gündə də Azərbaycan xalqının yanındadır”, - paylaşımda deyilir.
Səfir Şəhidlər Xiyabanında 20 Yanvar faciəsi qurbanlarının xatirəsini ehtiramla yad edərkən çəkilmiş fotolarını da paylaşıb. Şəhidlər Xiyabanında o, həmçinin Azərbaycanın iki Milli Qəhrəmanı - Albert Aqarunovun və Vahid Əzizovun məzarına da baş çəkib
As I paid my respect to the victims of #blackjanuary, I went to visit the graves of two Azerbaijani national heroes:
— George Deek (@GeorgeDeek) January 19, 2024
Albert Aqarunov, and Vahid Azizov, whose grandson was killed by Hamas on Oct 7th as he was defending the people of Israel.
Connected by generations of heroes… pic.twitter.com/sgZUolFqYM
"Corc Dik" teqi üzrə xəbərlər
- İsrailin Azərbaycandakı səfirliyində anım günü keçirilib
- İsrailin Azərbaycandakı səfiri Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım etdi
- Mikayıl Cabbarov İsrailin Müstəqillik Günü ilə bağlı tədbirdə iştirak edib
- İsrail səfiri Xocalı soyqırımı ilə bağlı başsağlığı verib - FOTO
- Corc Dik: “Hər bir İsrail vətəndaşı evində rahat otura bilənədək mübarizəmizi davam etdirəcəyik” - MÜSAHİBƏ