Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
İrəvanda Azərbaycanla delimitasiya üzrə komissiyanın reqlamenti nəzərdən keçirilir
Ermənistanın Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədlərinin delimitasiyası üzrə hökumətlərarası birgə komissiyanın fəaliyyət reqlamentini nəzərdən keçirməyə başlayıb.
Oxu.Az bu barədə Ermənistan mediasına istinadən məlumat verir.
Bildirilir ki, Konstitusiya Məhkəməsinin bugünkü iclası qapalı rejimdə keçirilir. Sənəd təsdiq edilərsə, müzakirə üçün parlamentə göndəriləcək.
Qeyd edək ki, reqlament delimitasiya işlərinin təşkilini və müvafiq sənədlərin qəbulunu, dövlət sərhədinin kəsişməsinin protokol-təsvirinin tərtibini, müvafiq miqyasda delimitasiya xəritəsinin hazırlanmasını, ekspert qruplarının işini nəzərdə tutur.
Məlumata görə, qayda və onun əsasında qəbul ediləcək sənədlər delimitasiya işlərinin tam gedişatının təmin edilməsinin hüquqi əsaslarını tamamlayacaq.
Xatırladaq ki, Ermənistan XİN avqustun 30-da İrəvan və Bakının sərhədin delimitasiyası və demarkasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında qaydanı imzaladığını bildirmişdi.