Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İran xarici işlər naziri Türkiyədə "3+3" formatının iclasında iştirak edəcək
İranın xarici işlər naziri Abbas Əraqçı Türkiyədə regional "3+3" platformasının iclasına qatılacaq.
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə İranın Ankaradakı səfiri Məhəmməd Həsən Həbibullahzadə xəbər verib.
"3+3" platformasının üçüncü iclasının Türkiyədə keçirilməsi planlaşdırılır. İranın xarici işlər naziri Abbas Əraqçı da bu görüşdə olacaq", - deyə o, bildirib.
Qeyd edək ki, "3+3" platforması Cənubi Qafqaz regionunun altı ölkəsi (Rusiya, Türkiyə, İran, Azərbaycan, Ermənistan və Gürcüstan) arasında geniş əməkdaşlığı nəzərdə tutur. Gürcüstan dəfələrlə bu formatda iştiraka dəvət olunsa da, hələ də onun işinə qoşulmayıb. 2021-ci ilin dekabrında platformanın ilk iclası Moskvada keçirilib.
"Abbas Əraqçı" teqi üzrə xəbərlər
- İranın XİN rəhbəri müharibəyə hazır olmağa çağırdı
- Ermənistan Parisin Tehran ilə gizli əlaqə kanalı kimi - Fransa xəyanətinin təfərrüatı
- İran XİN: "Ermənistanla mümkün qədər əlaqələri genişləndirməyə hazırıq"
- İran XİN nüvə sazişi üzrə danışıqlara hazır olduğunu bildirdi
- İranda Azərbaycan əleyhinə təbliğatın yeni dalğası