Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
“İran anlamalıdır ki, terrora əl atmaqla yalnız öz durumunu gərginləşdirir” - ŞƏRH + FOTO
“Regiondakı iki dövlətin münasibətlərində problemlərin olması, üstəlik, belə terror aktlarına cəhd edərək, onu daha da pisləşdirmək istəyi heç kimə sərf etmir”.
Bu sözləri Oxu.Az-a deputat Fazil Mustafaya sui-qəsd cəhdindən danışarkən politoloq Tofiq Abbasov deyib. Deputata qarşı terror aktının siyasi nəticələri və Azərbaycan hüquq-mühafizə orqanlarının peşəkarlığına toxunan politoloq xatırladıb ki, müxtəlif dönəmlərdə, müxtəlif ölkələrdə ictimai şəxslərə, hansısa ölkəni tənqid edən, fikrini bildirən insanlara qarşı təqiblər, sui-qəsdlər olub:
“Amma bu cür hadisələri törədən qüvvələr həmişə yanılırlar. Tənqidə qarşı sui-qəsd metodunu seçənlər müsbət nəticə əldə edə bilməzlər. Üstəlik öz vəziyyətlərini, təxribat həyata keçirdikləri ölkə ilə münasibətləri daha da çətinləşdirirlər. Belə addımlara heç cür bəraət qazandırmaq olmaz. Kimsə öz mövqeyini, fikrini bildirirsə, ona atəş açmaq heç nəyi dəyişmir. Həmin qüvvələr öz zəifliklərini göstərirlər. Deputata qarşı sui-qəsd planlaşdırılaraq törədilib. Kameraların çəkmədiyi yerdən atəş edilib, əvvəldən görünür ki, ətrafı izləyərək, plan qurublar. Cinayəti araşdıran Azərbaycanın hüquq-mühafizə orqanları, Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyi birgə addımlar atmaqla çox peşəkar davrandılar.
Belə radikal hadisələr, onsuz da, gərgin olan ikitərəfli münasibətlərə heç bir müsbət gedişat vəd etmir. Demək olar ki, münasibətlərin gələcəyi ciddi təhlükə altında qalır. Bu, daimi şəraitə çevrilə bilməz. Regiondakı iki dövlətin münasibətlərində bu cür problemlərin olması, üstəlik, belə terror aktlarına cəhd edərək, daha da pisləşdirmək istəyi heç kimə sərf etmir. İran regionun təhlükəsizliyini nəzərə almalıdır. Onlar anlamalıdırlar ki, lazımsız təşəbbüslərlə yalnız öz durumlarını gərginləşdirirlər.
İranın Azərbaycanla problemləri yoluna qoymaqdan başqa çıxış yolu yoxdur. Prezident İlham Əliyevin nüfuzu gündən-günə artır. Prezidentimizin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan bütün dünya üçün ən önəmli dövlətlərdən birinə çevrilib. Terror aktlarını təşkil edən İran gərək özünə hesabat versin ki, biz düzgün yoldayıq, yoxsa yox? Bütün bunlardan uzaq olmaq hər bir halda yaxşı olar. Deputata sui-qəsd cəhdinin icraçılarının əməlləri Vətənə xəyanətə bərabərdir. Bu hadisələr gələcək üçün ibrət dərsi olmalıdır ki, hər kəs belə əməllərdən çəkinsin”.
Xatırladaq ki, Milli Məclisin deputatı Fazil Mustafaya qarşı həyata keçirilən terror aktının əvvəldən planlaşdırıldığı, peşəkarlıqla həyata keçirildiyi məlum olub. Cinayət yerinin xüsusi seçilməsi, atəş açılan ərazinin kameraların nəzarətindən kənar qalan hissədə yerləşməsi, cinayətkarların axtarışının vaxt aparması göstərir ki, sui-qəsd planı uzun müddət və peşəkarlıqla hazırlanıb. DİN və DTX-nin birgə səyləri ilə dərhal əməliyyat planı hazırlanaraq, terrorun sifarişçisinin və icraçılarının müəyyənləşdirilməsi və həbs olunması reallaşdırılıb.
Aysel Aslan
"DİN" teqi üzrə xəbərlər
- Rusiyada küçədə atəş açan erməni saxlanıldı
- Azərbaycan idmançıları Türkiyədə yeddi qızıl medal qazanıblar
- DİN rəsmisi: "Tikilən binalarda parklanma yerləri nəzərə alınmır"
- Bakıda ara məsafəsini gözləməyən sürücülərin törətdiyi qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ
- DYP-dən küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına MÜRACİƏT