Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İnternetdə yayılan saxta məlumatla bağlı RƏSMİ AÇIQLAMA
“Bir sıra sosial şəbəkə seqmentlərində saxta hesablardan edilən paylaşımlar vasitəsi ilə növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından guya yeni investisiya layihəsinin başlanmasına dair Azərbaycan xalqına ünvanlanmış videomüraciət yayılıb”.
Bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) açıqlamasında bildirilib.
Qeyd olunub ki, qeyd olunan videomüraciət heç bir reallığı əks etdirmir və “deepfake” texnologiyaları ilə hazırlanmış saxta məlumatdır.
“Cəmiyyəti bir daha yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa çağıraraq xatırladırıq ki, Azərbaycan Respublikasının Prezidentinin rəsmi saytı və sosial media hesabları mötəbər informasiya mənbəyi olaraq daim aktivdir və dövlət başçısının fəaliyyətini operativ formada işıqlandırmaqdadır.
Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik”, - deyə məlumatda bildirilib.
"MEDİA" teqi üzrə xəbərlər
- “Seçki ilə bağlı yayılmış video başqa ölkədə çəkilib” - RƏSMİ
- MEDİA-nın Müşahidə Şurasının tərkibi təsdiqləndi - SİYAHI
- Prezident seçkisində medianın rol və vəzifələrinə həsr olunan praktiki seminar keçirilib
- Medianın İnkişafı Agentliyinin üç yaşı tamam olur
- Əhməd İsmayılov: “Azərbaycan mediası ölkə həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayır”