Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir - YENİLƏNİB
İsrail Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
President.az-ın məlumatına görə, təbrik məktubunda deyilir:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Yenidən Azərbaycan Prezidenti seçilməyiniz münasibətilə Sizə təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Sizin liderliyinizlə Azərbaycan 20 il ərzində sabitliyi, iqtisadi inkişafı və dini azadlığı təmin etməyə və qorumağa nail olub. Əminəm ki, Sizin yenidən Prezident seçilməyiniz ölkəniz üçün bundan sonra da parlaq və firavan gələcəyi təmin edəcək.
İsrail Dövləti Azərbaycan Respublikası ilə münasibətləri yüksək dəyərləndirir. Bizim ikitərəfli əlaqələrimiz çox vacib iqtisadi, təhlükəsizlik və siyasi faydalar təmin edir. Biz bu möhkəm və davamlı tərəfdaşlığa sadiqliyimizi bildiririk.
Mən Azərbaycan və İsrail arasında əlaqələrin daha da inkişafı və möhkəmlənməsi üçün Sizinlə birgə işləmək imkanına görə şəxsən minnətdarlığımı bildirirəm. Keçən il Sizin gözəl ölkənizə səfərimiz zamanı Mixala və mənə göstərdiyiniz səmimi qonaqpərvərliyi yüksək qiymətləndirirəm.
Gələcək illərdə qarşılıqlı maraqlarımıza dəstək olaraq ölkələrimiz arasındakı münasibətləri dərinləşdirməyə davam etmək istiqamətində Sizinlə işləməyi səbirsizliklə gözləyirəm".
20:34
Yaponiyanın Baş naziri Fumio Kişida Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
President.az-ın məlumatına görə, təbrikdə deyilir:
"Zati-aliləri.
Azərbaycan Respublikası Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizə Yaponiya hökuməti və Yaponiya xalqı adından səmimi təbriklərimi çatdırıram.
Azərbaycan beynəlxalq enerji təhlükəsizliyi üçün önəmli rola malik ölkə olmaqla yanaşı, regionun sabitliyinin və inkişaf açarının sahibidir. 2022-ci ildə ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü qeyd edilmişdir. Diplomatik münasibətlər qurulandan sonra hökumətlərarası dialoqlar başda olmaqla, yüksək səviyyəli səfərlər, parlamentlərarası, həmçinin regionlarda yerli özünüidarəetmə orqanları arasındakı münasibətlər, iqtisadi və ekoloji sahədə əməkdaşlıq və digər istiqamətlərdə əlaqələr fəallaşmaqdadır.
Yaponiya və Azərbaycan arasındakı önəmli münasibətlərin bundan sonra daha da inkişaf etdirilməsi üçün Zati-alinizlə əməkdaşlıq etmək niyyətindəyəm.
Azərbaycana, eləcə də Azərbaycan xalqına ürəkdən firavanlıq arzu edirəm".
15:59
Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
President.az-ın məlumatına görə, məktubda deyilir:
“Zati-aliləri.
Sizi Azərbaycan Respublikasının Prezidenti seçkisində qələbəniz münasibətilə Banqladeş xalqı adından və şəxsən öz adımdan təbrik edirəm. Qələbəniz Azərbaycan xalqının Sizin müdrik liderliyinizə olan yüksək inamını və etimadını nümayiş etdirir.
Azərbaycan və Banqladeş arasında ortaq dəyərlərə, qarşılıqlı anlaşmaya və dostluğa əsaslanan çox yaxşı ikitərəfli münasibətlər mövcuddur. Mən ikitərəfli münasibətlərimizi xalqlarımızın qarşılıqlı maraqları naminə çoxşaxəli tərəfdaşlığa çevirmək istiqamətində Sizinlə birgə işləməkdə davam etməyi səbirsizliklə gözləyirəm.
Bu fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı sülh, inkişaf və rifah arzulayıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
13:50
Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbun Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
President.az-ın məlumatına görə, məktubda deyilir:
“Zati-aliləri və əziz Qardaşım.
Dost ölkənizdə bu yaxınlarda keçirilmiş seçkidə inamlı qələbə qazanmağınız və yeni müddətə Prezident seçilməyiniz münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Fürsətdən istifadə edərək, dost Azərbaycan xalqının rifahı naminə tərəqqi və nailiyyət dolu inkişaf kursunu davam etdirməklə yüksək vəzifənizdə uğurlar arzulayıram.
Sizi Əlcəzairdə keçiriləcək 7-ci Qaz İxrac edən Ölkələrin Forumunun Sammitində görməyi səbirsizliklə gözləyirəm.
Zati-aliləri və hörmətli Qardaşım, ən yüksək və səmimi ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
13:11
Cibuti Respublikasının Prezidenti İsmail Ömər Qelle Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
President.az-ın xəbərinə görə, məktubda deyilir:
“Yenidən dövlət başçısı seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan şərəf və böyük məmnunluq duyuram.
Sizə yenidən etimad göstərilməsi həmvətənlərinizin ətrafınızda birləşməsinin bariz nümunəsidir. Seçkidə qazandığınız qələbə Sizə xalqınızın rifahı və ölkənizin inkişafı ilə bağlı faydalı hesab etdiyiniz islahatları həyata keçirmək üçün lazım olan bütün legitimliyi verir. Sizin uzaqgörən rəhbərliyinizlə Azərbaycan ən mühüm məsələlərdə, o cümlədən ölkə ərazisinin bütövlüyü və iqtisadiyyatının şaxələndirilməsi istiqamətində nəhəng addımlar atıb.
Cənab Prezident, əmin olun ki, Siz həmişə Cibuti xalqı və hökuməti tərəfindən ölkələrimiz arasında mövcud olan əlaqələrin möhkəmlənməsinə fayda verən hər cür dəstəyi görəcəksiniz.
Zati-aliləri cənab Prezident, Sizə bir daha müvəffəqiyyətlər arzulayır, qardaşlıq salamlarımı qəbul etməyinizi xahiş edirəm”.
12:08
Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktoru Andrey Kondraşov və baş direktorun birinci müavini Mixail Qusman Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıblar.
President.az-ın xəbərinə görə, məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizə Rusiyanın TASS İnformasiya Agentliyinin kollektivi adından səmimi təbriklərimizi çatdırırıq.
Seçki Sizin siyasi kursunuza ümumxalq dəstəyini inamlı şəkildə nümayiş etdirdi. Əminik ki, Sizin dövlət başçısı vəzifəsində fəaliyyətiniz gələcəkdə də ölkələrimiz arasında konstruktiv əlaqələrin və tərəfdaşlıq qarşılıqlı fəaliyyətinin davam etməsinə kömək edəcək.
TASS Azərbaycan Respublikası, onun aparıcı kütləvi informasiya vasitələri, siyasi, ictimai, mədəni və elmi dairələri ilə sıx əməkdaşlıq tarixinə malikdir. Bizim mövqeyimiz ondan ibarətdir ki, Rusiya və Azərbaycanın informasiya sahəsində əməkdaşlığı dövlətlərimiz və xalqlarımız arasında sıx əlaqələrin inkişafında mühüm rol oynasın. Bununla əlaqədar agentliyimizin Azərbaycan Respublikasında fəaliyyətinə Sizin davamlı dəstəyinizə və köməyinizə güvənirik”.
"Banqladeş" teqi üzrə xəbərlər
- Banqladeşdə insanların ağıllarını itirdikləri sirli "Güzgülər evi" tapıldı
- Banqladeşdəki daşqınlardan milyonlarla insan zərər çəkib
- Banqladeş diplomatik nümayəndələrini əvəzləyir: Qərar hansı ölkələrə aid edilir?
- Banqladeşin keçmiş baş nazirinə qarşı ölüm ittihamı ilə cinayət işi açılıb
- Yeni hökumət başçısı seçilmiş UNEC rektorunun müşaviri korrupsiya ittihamlarından bəraət alıb