Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunu qəbul edib - YENİLƏNİB + VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusu qəbul edib.
AZƏRTAC xəbər verir ki, Tedros Adhanom Qebreyesus İlham Əliyevi Prezident seçkilərində qələbə və COP29-un ölkəmizdə keçirilməsi münasibətilə təbrik etdi.
Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi.
Görüşdə XI Qlobal Bakı Forumunun əhəmiyyəti qeyd edildi, Tedros Adhanom Qebreyesusun bu tədbirdə iştirakının önəmi vurğulandı. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin beynəlxalq aləmdə nüfuzunun artdığı bildirildi və bu forumda xeyli sayda qonağın iştirakı bunun yaxşı göstəricisi kimi dəyərləndirildi.
Qonaq Ümumdünya Səhiyyə Təşkilatı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında əməkdaşlıqdan məmnunluğunu bildirərək bu mərkəzin onun rəhbərlik etdiyi təşkilatın fəaliyyətinə göstərdiyi dəstəyi yüksək qiymətləndirdi və Mərkəzin İdarə Heyətinin üzvləri ilə mütəmadi olaraq görüşlər keçirdiyini qeyd etdi.
Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin beynəlxalq statuslu qeyri-hökumət təşkilatı olaraq müstəqil şəkildə fəaliyyət göstərdiyini və ölkəmizin də bu təşkilatın işinə dəstək verdiyini vurğuladı. Dövlətimizin başçısı hər il Bakının ev sahibliyi ilə keçirilən Qlobal Forumun beynəlxalq gündəlikdə duran məsələlərinin müzakirəsi və onların həlli yollarının tapılması baxımından əhəmiyyətli platformalardan biri olduğunu qeyd etdi.
Ölkəmizdə həyata keçirilən səhiyyə islahatlarının təqdirəlayiq olduğunu deyən Tedros Adhanom Qebreyesus Azərbaycanda yaradılan icbari tibbi sığorta sisteminin müsbət proses olduğunu və onun yaxşı nəticələrinin artıq özünü göstərdiyini dedi.
Görüşdə COP çərçivəsində Azərbaycan ilə ÜST arasında əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı. İqlim dəyişmələrinin dünyada müxtəlif növ xəstəliklərin yayılmasına rəvac verdiyini və bilavasitə səhiyyə ilə bağlı olduğunu vurğulayan Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru bu sahədə də Azərbaycan ilə əməkdaşlıq məsələlərinə toxundu.
16:40
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusu qəbul edib.
Bununla bağlı President.az məlumat yayıb.
"COP29" teqi üzrə xəbərlər
- Yaşıl Zonada COP29-un irsi ilə bağlı tədbir keçirilib
- Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
- COP29-un on ikinci günü: Mavi Zona tədbirləri
- Rusiya prezidentinin köməkçisi Moskva və Bakının iqlim sahəsindəki layihələrini açıqladı
- Seneqal nümayəndəsi: "COP29-da texnologiyaların tətbiqi proqramı ilə bağlı razılığa nail olunub"