Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İlham Əliyev: "Sülh müqaviləsinin mətninin təqribən 80 faizi razılaşdırılıb"
"Biz Cənubi Qafqazda sülhə nail ola bilərik və bu gün Azərbaycan ilə Ermənistan arasında sülh istiqamətində aparılan danışıqlarda görürük ki, bu mümkündür".
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda "Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu" adlı sessiyada çıxışında deyib.
Sülh müqaviləsinin mətninin təqribən 80 faizinin artıq razılaşdırıldığını vurğulayan dövlətimizin başçısı qeyd edib:
"Artıq sərhədin delimitasiyası prosesinə, hətta demarkasiyasına nail olmuşuq. Bəli, bu, kiçik bir addımdır. On üç kilometrlik hissə demarkasiya edilib. Bizim Ermənistanla 1000 kilometrlik sərhədimiz var. Ancaq bu, düzgün istiqamətdə atılmış addımdır və ümid edirik ki, sülh danışıqları ilə bağlı Azərbaycanın irəli sürdüyü bu təşəbbüs sülh sazişinin imzalanması ilə nəticələnəcək".
"İlham Əliyevin İtaliya səfəri" teqi üzrə xəbərlər
- Fuad Hüseynəliyev: "İlham Əliyevin İtaliyaya səfəri ikitərəfli əlaqələri daha da möhkəmləndirəcək"
- İlham Əliyev İtaliyada keçirilən Çernobbio Forumunda çıxış edib
- Prezident AŞPA üzvlərinin Azərbaycana səfərinə qoyulan qadağanın ləğvi şərtini açıqladı
- "Lazım gələrsə, Azərbaycan Rusiya ilə Ukrayna arasında münaqişənin həllində iştirak etməyə hazırdır"
- İlham Əliyevin İtaliyaya işgüzar səfəri başa çatdı