Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İlham Əliyev Kazanda Laosun prezidenti ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 23-də Kazanda Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, Laos Prezidenti ölkəsi ilə Azərbaycan arasında yaxşı əlaqələrin olduğunu vurğulayaraq iqtisadiyyat, ticarət, investisiya, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığımızın inkişafı üçün əlverişli perspektivlərin mövcudluğunu qeyd etdi.
Thonqlun Sisulit hələ 1981-ci ildə Bakıda olduğunu məmnunluqla xatırlayaraq, ötən dövr ərzində Azərbaycanın böyük inkişaf yolu keçdiyini vurğuladı. O, sovetlər dövründə çox sayda laoslu mütəxəssisin Azərbaycanda təhsil almasına görə təşəkkürünü bildirərək, bu gün də həmin şəxslərin Laosda nazir, nazir müavini və digər rəhbər vəzifələrdə fəaliyyət göstərərək ölkənin inkişafına töhfə verdiklərini dedi.
Thonqlun Sisulit dövlətimizin başçısını Laosa səfərə dəvət etdi.
Xoş sözlərə görə minnətdarlığını ifadə edən Azərbaycan Prezidenti dəvətə görə təşəkkürünü bildirdi.
Dövlətimizin başçısı ölkələrimiz arasında iqtisadiyyat, ticarət, enerji sahələrində əlaqələrin inkişaf etdirilməsi üçün müvafiq işçi qrupunun yaradılması və mütəxəssislərdən ibarət hökumət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkil olunmasını qeyd etdi.
Prezident İlham Əliyev Azərbaycanın təhsil sahəsində Laosa bundan sonra da dəstək göstərməsi imkanlarına toxundu.
Görüşdə gələn il Azərbaycan ilə Laos arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunacağı vurğulandı, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı qeyd edildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 23-də Kazanda Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit ilə görüşü olub.
Oxu.Az bildirir ki, bu barədə AZƏRTAC xəbər verir.
"İlham Əliyevin Kazan səfəri" teqi üzrə xəbərlər
- Kazan şəhərində Prezident İlham Əliyevin Ermənistanın baş naziri ilə görüşü olub
- İlham Əliyev XVI BRICS Sammitinin "Outreach" / "BRICS+" formatının ilk plenar iclasında iştirak edib
- Liderlərin BRICS çərçivəsində qeyri-rəsmi görüşü olub
- İlham Əliyev Kazanda XVI BRICS Sammitinin keçirilməsi münasibətilə rəsmi ziyafətdə iştirak edib
- İlham Əliyevin Kazanda Yeni İnkişaf Bankının prezidenti ilə görüşü olub