Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İcma Ermənistandan və revanşist dairələrdən təhlükəli yoldan əl çəkməyi tələb edib
"Biz Ermənistan hökumətindən və məlum revanşist dairələrdən təhlükəli yoldan əl çəkməyi tələb edirik".
Oxu.Az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında qeyd edilib.
Bildirilib ki, bəzi xarici qüvvələrin təhriki ilə Ermənistandakı revanşist qüvvələr və erməni diasporu "Dağlıq Qarabağ məsələsi"nin guya həll edilmədiyinə, hələ də açıq qaldığına dair kampaniyalarını intensivləşdiriblər.
Bəyanatda bu yanaşmanın, eləcə də Ermənistan tərəfinin Azərbaycanın ərazi bütövlüyünə təhdid törədən həmin elementlərə qarşı hərəkətsizliyi, sürətlə silahlanması, konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını çıxarmaqdan imtina etməsinin ciddi narahatlıq doğurduğu bildirilib.
"Bu baxımdan, qətiyyətlə xatırlatmaq istəyirik ki, "Dağlıq Qarabağ məsələsi"nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlar. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini birdəfəlik bərpa edib və bu, əbədidir və dönməzdir. Əslində, həll olunmamış məsələ, Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına geri qayıtmalarıdır. Hələ açıq qalan məsələ məhz Qərbi Azərbaycana qayıdış məsələsidir. Qərbi Azərbaycan İcması bu yolda öz səylərini ardıcıl şəkildə davam etdirəcək", - deyə bəyanatda qeyd edilib.
"Qərbi Azərbaycan İcması" teqi üzrə xəbərlər
- İcma Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsini sərt şəkildə qınayıb
- Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə Varşava İqtisadiyyat Universitetində sərgi keçirilib
- İcma: "Amnesty International" və "Human Rights Watch" bir mərkəz tərəfindən idarə olunur"
- İcma: "Fransanın dayaz və bəsit cəhdlərə əl atması onun mövqeyinin nə qədər zəif olduğunu göstərir"
- "Ermənistandan Qərbi azərbaycanlıların qayıdış hüququna hörmət etməyi tələb edirik" - BƏYANAT