Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İcma ABŞ-ni deportasiya olunmuş azərbaycanlıların Ermənistana qayıdışına dəstək olmağa çağırıb
Qərbi Azərbaycan İcması (QAİ) ABŞ hökumətini deportasiya olunmuş azərbaycanlıların Ermənistana qayıdışına dəstək olmağa çağırıb.
Oxu.Az xəbər verir ki, bu barədə icmanın yaydığı bəyanatda bildirilib.
Bəyanatda qeyd olunub ki, icma ATƏT-in İnsan Ölçüsü Konfransında çıxışı edən ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Dafna Randın "Dağlıq Qarabağda" insan hüquqları və humanitar hüquqların pozulmasına istinad etməsini qınayır.
Vurğulanıb ki, Azərbaycanda "Dağlıq Qarabağ" adlı heç bir region mövcud deyil:
"ABŞ rəsmisinin işğal və separatçılıqla assosiasiya olunan bu termini işlətməsi Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir. İkincisi, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa edərkən Qarabağ bölgəsində heç bir insan hüquqları və humanitar hüquq pozulması halı baş verməyib. Etnik ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyadan imtina etməsini hüquq pozuntusu kimi qələmə vermək tamamilə qəbuledilməzdir".
Həmçinin, bildirilib ki, ABŞ-nin Ermənistanın etnik təmizləmə və hərbi təcavüzü nəticəsində azərbaycanlıların hüquqlarının kütləvi şəkildə pozulmasına onilliklər ərzində göz yumması fonunda bu bəyanat azərbaycanlılara qarşı etnik və dini mənsubiyyətinə görə ayrı-seçkiliyin bariz sübutudur:
"Ermənistandan axırıncı deportasiya zamanı qovulmuş 300 000-dən çox azərbaycanlı hələ də öz evlərinə geri qayıda bilmir. Keçmiş işğal altında olan Azərbaycan torpaqlarından qovulmuş 700 000-dən çox azərbaycanlı otuz il ərzində geri qayıda bilməyib.
Həmin ərazilər işğaldan azad olunsa da, oraların Ermənistan tərəfindən viran qoyulması və orada milyonlarla mina basdırılması səbəbindən keçmiş məcburi köçkünlərin öz evlərinə qayıdışı çətinləşib. Biz ABŞ hökumətini azərbaycanlılara qarşı ayrı-seçkiliyə son qoymağa, bölgədə yenidən münaqişə alovlandırmaq cəhdlərindən əl çəkməyə və deportasiya olunmuş azərbaycanlıların Ermənistana qayıdışına dəstək olmağa çağırırıq".
"Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT)" teqi üzrə xəbərlər
- Moldovanın dəyişməyən "qibləsi" - Kişineu yenə Brüsseli seçib
- Erməni professor: "Putin Vardanyan kimi adamlardan zibil kimi istifadə edib, zibilxanaya atır"
- Paşinyanın bəyanatları ilə Ermənistanın Lissabon sammitindəki mövqeyi arasında ziddiyyətlər
- Anar Cahangirli: "COP29-u mövcud olmayan məsələlərlə pozmağa cəhd etmək yolverilməzdir"
- Qərbi Azərbaycan İcması ATƏT-in İnsan Ölçüsü Konfransı çərçivəsində yan tədbir keçirib