Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Heydər Əliyev Fondunun Vatikanda Müqəddəs Yubiley İlinə töhfəsi
Vatikan şəhər dövləti üzrə qubernatorluğu ilə Heydər Əliyev Fondu arasında Müqəddəs Pavel Bazilikasında (Basilica of Saint Paul Outside the Walls) bərpa işlərinə dair müqavilə imzalanıb.
Oxu.Az xəbər verir ki, sənədi Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və Vatikan şəhər dövləti üzrə qubernatorluğun prezidenti kardinal Fernando Vergez Alzaqa imzalayıblar.
Vatikana səfər çərçivəsində eyni zamanda Vatikan şəhəri dövləti üzrə qubernatorluğun prezidenti kardinal Fernando Vergez Alzaqa və bir sıra digər rəsmi şəxslərlə görüş keçirilib. Görüşdə Azərbaycanla Müqəddəs Taxt-Tac arasında əlaqələr, Heydər Əliyev Fondu ilə birgə layihələr müzakirə olunub.
Xatırladaq ki, ötən müddətdə Heydər Əliyev Fondu Vatikanda bir sıra bəşəri əhəmiyyət daşıyan tarixi abidələrin bərpasına, mədəni irsin qorunması sahəsində işlərə öz töhfəsini verib.
Daha sonra Azərbaycan nümayəndə heyəti Müqəddəs Pavel Bazilikasını ziyarət edib.
Qeyd edək ki, Müqəddəs Pavel Bazilikası Vatikanın ən böyük abidələrindəndir və 1980-ci ildən UNESCO-nun Ümumdünya İrs Siyahısına daxildir. 2025-ci ildə Vatikanda hər 25 ildən bir təşkil olunan Müqəddəs Yubiley İli çərçivəsində 30 milyondan çox katolik zəvvarın bu kilsəni ziyarət etməsi gözlənilir. Bərpa işləri, ilk növbədə, 2025-ci ildə keçiriləcək Müqəddəs Yubiley İli zamanı ziyarətçilərin bu dini ocağa təhlükəsiz girişinin təmin edilməsi məqsədilə aparılır.
"Heydər Əliyev Fondu" teqi üzrə xəbərlər
- Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər
- Leyla Əliyeva COP29 çərçivəsində bəbirlərin mühafizəsinə həsr olunmuş tədbirdə çıxış edib
- Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak edib
- Leyla Əliyeva nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak etdi
- Leyla Əliyeva və Arzu Əliyeva COP29-da təqdim edilən inklüziv sərgi ilə tanış olublar