Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Gürcüstan baş naziri ölkə prezidentini istefaya göndərəcəyinə söz verdi
Gürcüstan Baş naziri İrakli Kobaxidze ölkə prezidenti Salome Zurabişviliyə qarşı impiçment prosesini başladacağını vəd edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Vzqlyad" qəzeti yazıb.
Baş nazir Kobaxidzenin rəhbərlik etdiyi hakim Gürcü Arzusu Partiyası hazırkı Prezident Zurabişvilini oktyabrın 26-da keçiriləcək parlament seçkisindən sonra müxalifət nümayəndələri ilə "texniki hökumət"in formalaşdırılması barədə danışıqlar apardığı üçün konstitusiyanı pozmaqda ittiham edir.
"Bir ay sonra biz prezidenti impiçment yolu ilə texniki olaraq istefaya göndərəcəyik", - deyə Kobaxidze bildirib.
Onun sözlərinə görə, Gürcü Arzusuna müxalif olan prezidentin seçkidən dərhal sonra və Zurabişvilinin səlahiyyət müddətinin bitməsinə bir ay qalmış hakimiyyətdən məhrum edilməsi simvolik xarakter daşıyır.
Zurabişvili, həmçinin xarici səfərlərini Gürcü Arzusunun hökuməti ilə razılaşdırmadığı üçün konstitusiyanı pozmaqda ittiham olunur. Buna görə 2023-cü ildə ona qarşı impiçment elan etməyə cəhd göstərilib, lakin o zaman parlamentdə qərar qəbul etmək üçün səs çatmayıb.
"İrakli Kobaxidze" teqi üzrə xəbərlər
- İrakli Kobaxidze baş nazir postuna namizəd olacaq
- Gürcüstan parlamentinin ilk iclasının vaxtı açıqlandı
- Gürcüstan baş naziri: "Azərbaycanın COP29-a ev sahibliyi etməsi əladır"
- Gürcüstanda tezliklə prezident seçkisi keçirilə bilər: Nazirdən açıqlama
- İrakli Kobaxidze: "COP29 Cənubi Qafqaz regionu üçün mühüm hadisədir"