Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Gənclərin xaricdə təhsilinə dair Dövlət Proqramının müddəti uzadılıb, say artırılıb
Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramının müddəti uzadılıb.
"Report"un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
Sərəncamla "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"nda "2022-2026-cı" sözləri "2022-2028-ci" sözləri ilə əvəz edilib.
Bundan əlavə, Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alacaq gənclərin sayı 400-dən 500-ə qaldırılıb. Dəyişikliklə Dövlət Proqramının icrası müddətində hər il 500 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alması təmin ediləcək.
Dövlət Proqramında qeyd edilib ki, ali təhsilin doktorantura səviyyəsində ölkənin sosial-iqtisadi inkişafının prioritet istiqamətlərinə uyğun ixtisaslara üstünlük verilməsi Azərbaycan Respublikasında akademik potensialın gücləndirilməsini, elmi-texniki və intellektual potensialın artırılmasını, elmi yaradıcılığın inkişafını və elmi biliklərin yayılmasını təmin edəcək.
Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramına doktorantura pilləsi də əlavə edilib.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- İlham Əliyev: "Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb"
- İlham Əliyevdən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının iştirakçılarına MÜRACİƏT
- Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın MM tərəfindən təqdim olunan üzvləri müəyyənləşib
- İlham Əliyev ədliyyə nazirinə ali xüsusi rütbə verdi
- Bu gün ədliyyə işçilərinin peşə bayramıdır