Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Gəncədə sənədsiz fərdi evlərlə əlaqədar problemin həlli mexanizmi açıqlanıb
Gəncə şəhərinin genişləndirilməsi ilə bağlı qonşu rayonlardan, o cümlədən Daşkəsən və Göygöl rayonlarından torpaq sahələri Gəncə şəhərinin inzibati ərazisinə daxil edilərkən kənd təsərrüfatı təyinatlı torpaqlarda qeyri-qanuni fərdi evlərin inşa edildiyi müəyyən olunub.
APA xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.
Qeyd edilib ki, Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi torpaq mülkiyyətçilərinin vəsatəti əsasında müvafiq dövlət orqanlarından rəy alındıqdan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir.
Gəncə şəhəri ərazisində 2011-2018-ci illərdə inşa edilmiş fərdi yaşayış evləri, o cümlədən torpaq sahələri üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmamasının səbəbi həmin ərazilərin torpaq sahələrinin dövlət mülkiyyətinə aid olmasıdır. Bildirilib ki, bununla əlaqədar, yerli ekspert komissiyaları tərəfindən həmin torpaq sahələrinin ekspertizası keçirilib və tərtib edilmiş siyahı İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə göndərilib. Torpaq sahələrinin mülkiyyət növü və təyinatı dəyişdirildikdən sonra qeyd edilən problem öz həllini tapacaq.
"Daşkəsən" teqi üzrə xəbərlər
- Daşkəsəndə uşaq bağçasından ŞİKAYƏT - "Körpələr soyuqdan donurlar"
- Daşkəsənə güclü qar yağıb
- Azərbaycanda qayınanasını baltalayaraq qaçan gəlinin meyitinin tapıldığı ərazidən GÖRÜNTÜLƏR
- Xoşbulaq kəndinə ildırım düşüb: Sıradan çıxan elektrik xətti tam bərpa olunub
- Yüksəkvəzifəli şəxsin avtomobilinin iştirakı ilə baş verən qəzanın TƏFƏRRÜATI