Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Fidan İsrailin Türkiyənin NATO-dan çıxarılması çağırışına münasibət bildirib
"İsrailin Türkiyəni Şimali Atlantika Alyansından (NATO) çıxarmaq çağırışı dəstəklənməyəcək".
Oxu.Az "Sabah" qəzetinə istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri (XİN) Hakan Fidan bildirib ki, ölkəsinin NATO-ya üzvlüyü şübhə altına alına bilməz.
"Bu (İsrail xarici işlər nazirinin çağırışı) heç bir nəticə verməyəcək. Belə bir tənlikdə Türkiyənin NATO-ya üzvlüyü şübhə altına alına bilməz. Bundan başqa, Türkiyə Fələstin məsələsində Qərblə fikirləri üst-üstə düşməyən yeganə ölkə deyil. İsrailə qarşı mövqe tutan başqa ölkələr də var, lakin onların səs tonu fərqli ola bilər. Fələstin Dövlətinin tanınması kontekstində İspaniya, İrlandiya və Norveç öz mövqelərini rəsmən ifadə ediblər", - deyə Fidan bildirib.
Xatırladaq ki, iyulun 28-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Liviyaya girdiyi kimi İsrailə də daxil ola biləcəyini bildirib. İsrail XİN İsrael Kats isə buna cavab olaraq alyansın ən qədim üzvlərindən biri olan Türkiyənin NATO-dan çıxarılmasına çağırıb.
"Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO)" teqi üzrə xəbərlər
- KİV: "Putin Ukrayna ilə bağlı Trampla danışmağa hazır olduğunu deyib"
- Aİ və NATO avtoritar dövlətlərdən gələn təhdidlərə qarşı işçi qrupu yaradacaq
- NATO Baş katibi: "Şimali Koreya ordusu artıq Kurskdadır"
- Serbiyalı nazir: "Ölkəmiz heç vaxt NATO üzvü olmayacaq"
- Üç ölkə arasında hərbi mobillik dəhlizi yaradılacaq