Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Ermənistan Azərbaycanla imzalanmış delimitasiya ilə bağlı sənədi təsdiqlədi
Ermənistan hökuməti Azərbaycanla sərhəd delimitasiyası komissiyaları haqqında qaydaların ratifikasiyasını təsdiqləyib.
Bu barədə Oxu.Az Ermənistan mətbuatına istinadən məlumat verir.
Avqustun 30-da İrəvan və Bakı arasında sərhədin delimitasiyası və demarkasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında qaydaların imzalandığı bildirilmişdi.
Qərar layihəsində qeyd olunduğu kimi, qaydalarda delimitasiya işlərinin təşkili və müvafiq sənədlərin qəbulu, dövlət sərhədinin kəsişməsinin protokol-təsvirinin hazırlanması, müvafiq miqyaslı delimitasiya xəritəsinin tərtib edilməsi, ekspert qruplarının işi nəzərdə tutulur.
Bildirilir ki, qaydalar və onun əsasında qəbul ediləcək sənədlər delimitasiya işlərinin tam gedişatının təmin edilməsinin hüquqi əsaslarını tamamlayacaq.
Qeyd edək ki, 30 avqust tarixində imzalanmış sərhəd delimitasiyası komissiyalarının birgə fəaliyyəti haqqında qaydalar (reqlament) yaxın vaxtlarda ölkənin əsas qanununa uyğunluğunun yoxlanılması üçün Ermənistan Konstitusiya Məhkəməsinə göndəriləcək.
"Azərbaycan-Ermənistan sərhədi" teqi üzrə xəbərlər
- Ermənistan Azərbaycanla şərti sərhəddə "səlibçi" bayraqlarını endirdi
- Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib
- İlham Əliyevdən Azərbaycan-Ermənistan sərhədi üzrə komissiyaların fəaliyyəti ilə bağlı FƏRMAN
- Putin Azərbaycanla Ermənistan arasında demarkasiya və delimitasiya proseslərinin başlamasına toxundu
- Ermənistan parlamenti sərhəd delimitasiyası komissiyalarının reqlamentini ratifikasiya etdi