Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ədliyyə nazirinin səlahiyyətləri artırıldı
Azərbaycan Prezidenti 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
AZƏRTAC xəbər verir ki, fərmana əsasən ədliyyə nazirinin səlahiyyətləri artırılıb.
Belə ki, o, nazirliyin baş idarələrinin və idarələrinin rəislərini vəzifəyə təyin və azad edə biləcək. Əvvəllər bu, Azərbaycan Prezidenti ilə razılaşdırılmaqla həyata keçirilirdi.
Ən çox oxunanlar