Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Ədliyyə naziri vəzifəsinin müvəqqəti icrası müavinə tapşırılıb - SƏRƏNCAM
Azərbaycan Respublikasının ədliyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azər Məmməd oğlu Cəfərova həvalə edilib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, fevralın 14-də yenidən Azərbaycan Prezidenti seçilmiş İlham Əliyevin inauqurasiyasından sonra qanunvericiliyə uyğun olaraq Nazirlər Kabineti istefa verib. Bundan əvvəl isə ədliyyə naziri Fikrət Məmmədov idi.
Dövlət başçısının “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Sərəncamında F.Məmmədovun adı yoxdur.
"Fikrət Məmmədov" teqi üzrə xəbərlər
- Konstitusiya Məhkəməsinin yeni hakimi kimdir? - DOSYE
- Sabiq nazir Konstitusiya Məhkəməsinin hakimi təyin edildi
- Fikrət Məmmədovun Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi tövsiyə olunub
- Fikrət Məmmədovun yeni vəzifəsi ilə bağlı təqdimat
- Nazir vəzifəsini icra edəcək Azər Cəfərov kimdir? - DOSYE