Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
DMX və ƏƏSMN əməkdaşları Xankəndidə fəaliyyətə başladılar - FOTO/VİDEO
Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasının təmin edilməsi və Azərbaycan dövlətinin himayəsindən istifadə etmələrinə imkan yaradılması məqsədilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli üzrə İşçi qrupa həmin şəxslərin hüquqi statusunun müəyyən olunması ilə bağlı verilən müvafiq tapşırıqlar çərçivəsində Dövlət Miqrasiya Xidmətinin (DMX), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əməkdaşları Qarabağ iqtisadi rayonunda fəaliyyətə başlayıblar.
Bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyası məlumat yayıb.
Bildirilib ki, DMX əməkdaşları Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ilkin qeydiyyatına dair müraciətlərinin yerində qəbul edilməsi və bununla əlaqədar maarifləndirmə tədbirlərinin yerində təşkili, ƏƏSMN əməkdaşları isə sakinlərin sosial-humanitar ehtiyaclarının müəyyənləşdirilməsi ilə bağlı fəaliyyət göstərirlər.
Reinteqrasiya prosesinə qoşulmaq məqsədilə ilkin qeydiyyat üçün müraciətlərin qəbulu DMX-nin əməkdaşları tərəfindən Xankəndi şəhərində yerləşən keçmiş “polis” binasında aparılır.
Həmçinin ilkin qeydiyyata dair müraciətlərin qəbulu və qeydiyyata alınma prosesi DMX tərəfindən bu məqsədlə yaradılmış xüsusi portal (reintegration.gov.az) vasitəsilə elektron həyata keçirilir.
Dövlət orqanları əməkdaşlarının bölgədə fəaliyyəti Qarabağda yaşayan erməni sakinlərin yerli cəmiyyətə reinteqrasiyasının daha sürətli həyata keçirilməsinə, həmçinin sosial-humanitar ehtiyaclarının qarşılanmasında səmərəliliyin artırılmasına imkan yaradacaq.
"DMX" teqi üzrə xəbərlər
- 37 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilib
- Dövlət Miqrasiya Xidmətinin rəisi: "Hazırda ən üstsəviyyəli olan tədbir COP29-da keçirilir"
- Vüsal Hüseynov: "İqlimlə bağlı fəlakətlər illik yerdəyişmələrin artmasına səbəb olur"
- Ötən ay 14 nəfər Azərbaycana readmissiya olunub
- Bu il neçə nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib?