Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Deputat: "Övladlarımızı daha savadlı və bilikli müəllimlər yetişdirəcəklər"
"Sertifikasiyanın hədəf və məqsədlərindən biri təhsilin keyfiyyətinin ciddi formada artırılmasıdır".
Bunu ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin növbəti sertifikatlaşdırma prosesi ilə bağlı fikirlərini Oxu.Az-la bölüşərkən Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O qeyd edib ki, yüksəksəviyyəli kadrların olması üçün real və ciddi addımlar atılır:
"Bir müddətdir ki, ölkəmizdə sertifikasiya prosesi davam edir. Onun bir sıra məqsəd və hədəfləri var. Bu hədəflərdən, məqsədlərdən biri də təhsilin məzmun və keyfiyyətinin ciddi bir formada artırılmasıdır.
Burada digər önəmli və vacib məsələlərdən biri odur ki, sertifikasiya müəllimlərin maaşının artırılmasına da ciddi təsir göstərəcək. Bizim müəllimlərimiz daha yaxşı maaş alacaqlar".
C.Məmmədov qeyd edib ki, əvvəlki dövrlərdə bu və ya digər səbəbdən yetəri qədər biliyi olmayan müəllimlər məktəblərdə fəaliyyətə başlayıblar:
"Bu da ümumi prosesə təsirini göstərən və ciddi şəkildə diqqət yetirilməli məsələlərdən biridir. Təhsilin keyfiyyəti daha da artırılmalıdır. Sertifikasiya müəllimlərimizin savadının, biliyinin artmasına öz töhfəsini verəcək. Övladlarımızı daha savadlı və bilikli müəllimlər yetişdirəcəklər.
Sertifikasiya qərarı çox önəmlidir. Eyni zamanda, bu prosesdən keçməyən müəllimlər üçün də dövlətimizin müəyyən addımlar atdığını görürük. Bu da dövlətimizin vətəndaşına qayğı və diqqətinin növbəti göstəricisi kimi valideynlərimiz tərəfindən çox yüksək qiymətləndirilir".
Nəzrin Vahid
"Müəllimlərin sertifikasiyası" teqi üzrə xəbərlər
- Təhsil eksperti: "Müəllimlərin əməkhaqqından vergi tutulmamalıdır"
- Bu xəbərləri qaçırmayın: 05.11.2024-ün ən mühüm hadisələri
- Müəllimlərin maaşına hansı hallarda əlavələr edilir?
- Müəllimlərin sertifikatlaşdırılmasının müsahibə mərhələsinin vaxtı açıqlandı
- Xarici dil müəllimlərinin sertifikatlaşdırma nəticələri niyə aşağıdır?