Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Deputat: "Bakı Enerji Həftəsi Azərbaycanın qətiyyətini dünyaya nümayiş etdirdi"
"Bakıda keçirilən Enerji Həftəsi olduqca mühüm iqtisadi hadisələrlə yadda qaldı".
Bunu Oxu.Az-a Enerji Həftəsi ilə bağlı fikirləri şərh edən zaman Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
O qeyd edib ki, tədbirin açılış mərasimində çıxış edən Prezident İlham Əliyevin nitqi müasir enerji siyasətinin müəyyən edilməsi baxımından tarixi əhəmiyyət kəsb edən mesajlarla zəngin oldu:
"37 ölkədən 300-dək şirkətin iştirak etdiyi və özündə üç mühüm tədbiri birləşdirən Bakı Enerji Həftəsinə qatılan müxtəlif ölkələrin nümayəndələrinin təmsil olunduğu tədbirlərdə səslənən bu fikirlər qlobal enerji ailəsinə böyük bir ehtiramın, hörmətin nümunəsi kimi qarşılandı".
Millət vəkili qeyd edib ki, Enerji Həftəsində müxtəlif dövlətlərin hökumət üzvlərinin, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin başçıları, enerji sahəsində fəaliyyət göstərən nüfuzlu şirkətlərin rəhbərləri, eləcə də biznes icmasının tanınmış üzvlərinin fikirləri də olduqca maraq doğurdu:
"Tədbirlərdə Azərbaycanın uğurlu neft strategiyası, neft bumundan sonra Avropa bazarlarına qaz nəqli ilə Xəzər regionunda yeni bir cığırın açılması, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələrinin icrası, TANAP, TAP kəmərlərini reallaşdıran Azərbaycanın Cənub Qaz dəhlizinin enerji koridoru kimi əhəmiyyəti vurğulandı.
Azərbaycanın Mərkəzi Asiya-Xəzər regionunun təşəbbüskar və avanqard ölkəsi kimi bölgənin yanacaq resurslarının Qərbə nəqlində daşıyıcı missiyaya malik rolu yüksək dəyərləndirildi. Digər əlamətdar hadisə Enerji Həftəsinin 2024-cü ildə Azərbaycanda elan edilmiş "Yaşıl dünya naminə həmrəylik ili" və COP29-a hazırlıq dövrünə təsadüf etməsidir. Ölkəmizin belə bir mötəbər tədbirə hazırlaşdığı vaxtda Bakı Enerji Həftəsinin keçirilməsi COP29-a böyük töhfə oldu".
Nəzrin Vahid
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Bu xəbərləri qaçırmayın: 22.11.2024-ün ən mühüm hadisələri
- Prezident: "Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq"
- Prezident: "ICAPP özünü nüfuzlu və perspektivli əməkdaşlıq platforması kimi təsdiqləyib"
- İlham Əliyev: "Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb"
- İlham Əliyevdən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının iştirakçılarına MÜRACİƏT