Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Deputat: "Azərbaycan dünyanın heyrət ilə baxdığı region yaratmağı bacarır"
"İkinci Qarabağ müharibəsi və bir günlük antiterror əməliyyatı Azərbaycanın tarixində yeni bir səhifədir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Ordumuz müəyyən xarici qüvvələrin dəstəyi ilə Azərbaycana qarşı yüzillərdir qəsbkarlıq edən erməni milliyətçilərini yerində oturtdu".
Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib. O, qeyd edib ki, qısa bir zamanda Azərbaycan öz milli dövlət kimi gücünü və müstəqil yaşamağın üstünlüklərini sübut edə bildi:
"30 il ərzində Ermənistan işğal etdiyi 20 faiz Azərbaycan torpaqlarında barbarlıqla məşğul idi. Bütün kommunikasiyaları dağıtdılar, evlərimizi və sosial obyektlərimizi söküb materiallarını Ermənistana daşıdılar. Azərbaycanlıları qovmaqla regionun tarixini dəyişməyə çalışdılar. Hazırda işğaldan azad edilən ərazilərdə böyük quruculuq işləri gedir. Azərbaycan bu gün dünyanın heyrətlə baxdığı bir region yaratmağı bacarır. Antiterror əməliyyatından sonra dövlətimiz bütün ərazisi üzrə suveren hüquqlarını həyata keçirir. Bu ilin fevralında növbədənkənar prezident, sentyabrda isə növbədənkənar parlament seçkisi bütün Azərbaycan coğrafiyası üzrə keçirildi".
O əlavə edib ki, dövlət başçısı bu gün parlamentin birinci iclasındakı çıxışında bir çox məqamlara toxundu:
"Azərbaycan öz suverenliyini müdafiə etməyi bacarır, Ermənistan ilə sülh müqaviləsini beynəlxalq hüquq normaları əsasında qurmağı təklif edir. Azərbaycan hər hansı bir hüquqi və ya siyasi hiylə toruna düşməyəcəyini bir daha göstərdi. Dövlətimiz Ermənistanın Azərbaycana qarşı yeni qəsbkarlıq planlarının qarşısını həmişə qətiyyətlə alacağını, təhdidlərin önünü vaxtında kəsəcəyini nümayiş etdirir. Prezident eyni zamanda, bir neçə türk dövlətinin işğaldan azad edilən ərazilərdə Azərbaycana dəstək verdiyini də vurğuladı. Amma niyəsə Ermənistana böyük maliyyə paketləri ayıran qurumlar Azərbaycana yardım etmək istəmirlər. Qəsbkar Ermənistanın öz cinayətini boynuna almasına məcbur etmək əvəzinə, daha da həvəsləndirirlər. Torpaqlarını azad edən, beynəlxalq hüququ qoruyan Azərbaycan isə bu gün yardımlardan kənarda qalıb. Ölkəmiz xaricdən hansısa yardımı gözləmək və asılı olmaq marağında deyil. Biz öz problemimizi həll edə bilirik. İqtisadiyyatımız yenidən qurulur, sosial məsələlər həll edilir. Cənab Prezident minimum əməkhaqqının, minimum pensiyanın artırılmasına, yeni iş yerlərinin yaradılmasına toxundu. Dövlət başçısı iqtisadiyyatımız üçün yeni olan hərbi sənaye kompleksinin modernləşməsini, dünya hərbi texnika bazarında Azərbaycanın öz yerini tutmasını vurğuladı. Azərbaycan bir daha sübut etdi ki, öz hüququnu qorumağı bacarır. Ölkə başçısı ATƏT-in Minsk qrupunun tarixin arxivində yer tapmasının vaxtının çatdığını qeyd etdi. Bütün sadalananları nəzərə alsaq, dünya Azərbaycanı öz hüququnu bilən dövlət kimi qəbul etməyə borcludur".
Məhərrəm Əliyev
"Milli Məclis" teqi üzrə xəbərlər
- Milli Məclis Lüksemburq Nümayəndələr Palatasından aqressiv ritorikanı kənara qoymağı TƏLƏB ETDİ
- COP29-la bağlı təxribat planları: Fransa Bakıdakı tədbirə niyə qarşı çıxır?
- Azərbaycanda boşananlara BƏD XƏBƏR: Aliment ARTIRILIR
- Nazir: "Məşğulluq məsələsi heç vaxt bitməyəcək"
- Sahil Babayev: "Heç vaxt işləməyənlərin pensiya sisteminə girməsinə icazə vermək olmaz"