Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
COP29-un Azərbaycan üçün önəmi: Yaşıl Zonanın 2-ci tədbiri nəyə həsr olunub?
Baku TV "COP-BAKU" layihəsi çərçivəsində Bakıda keçirilən COP29-un ilk günü haqqında reportaj hazırlayıb.
Bildirilib ki, bu gün Azərbaycan tarixində əlamətdar günlərdən biridir. Çünki dünyanın ən mötəbər tədbiri olan COP29 Bakıda - Olimpiya Stadionunda artıq öz işinə başlayıb.
Qeyd edilib ki, COP29-un açılış mərasimində iştirak edən COP28-in Prezidenti Sultan Əhməd Əl-Cabir COP29-un yeni prezident seçkisini elan edib və Muxtar Babayev rəsmən COP29-un prezidenti seçilib.
Daha sonra isə COP28 Prezidenti qərarları təsdiqləmək simvolu olan sədr çəkicini Muxtar Babayevə təqdim edib. Həmçinin bildirilib ki, COP29-da müzakirələr ənənəvi olaraq elmi tədqiqat mərkəzləri arasında başlayıb:
"BMT ilə birgə fəaliyyət göstərən Türkiyənin Bahçeşehir Universiteti və İngiltərənin Dənizi Öyrənmə Alyansı Kolleci fikir mübadiləsi aparıb. Mövzu isə Avropa, Türkiyə və Körfəz regionu ölkələrində ali təhsilin iqlimin qorunmasındakı rolunu artırmaqdır".
Yaşıl Zonanın ikinci tədbiri isə nəsillərin iqlimin dayanıqlığı üçün mübarizəsinə həsr olunub. Burada əsas məqsəd yaşlı insanların təcrübəsini və gənclərin innovativ yanaşmasını bir araya gətirərək iqlimi qorumaqdır. Müzakirələri Karib Hövzəsi İqlim Ədalət Liderləri Akademiyası keçirib.
Ətraflı süjetdə:
"Muxtar Babayev" teqi üzrə xəbərlər
- Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak edib
- Su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu imzalanıb
- Muxtar Babayev: "Qadınlar iqlim dəyişikliyindən əziyyət çəkən həssas təbəqəyə aiddirlər"
- Muxtar Babayev: "Dünyada şəhər əhalisinin xüsusi çəkisinin 70%-ə çatacağı proqnozlaşdırılır"
- Muxtar Babayev: "Turizm çox vaxt lazımınca qiymətləndirilmir"