Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ceyhun Məmmədov: "İlham Əliyevin Misirə səfəri mühüm önəm daşıyır"
"Cənab prezident İlham Əliyevin bugünkü Misir səfəri mühüm önəm daşıyır".
Bunu Oxu.Az-a şərhində Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycan-Misir əlaqələri sürətlə inkişaf edir:
"Misir Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, dəstəkləyib.
Azərbaycan Misir ilə BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq edir.
Ulu öndər Heydər Əliyev 1994-cü ildə Misirə səfər etmişdi. Həmin səfər zamanı mühüm görüşlər olmuşdu.
2007-ci ildə cənab Prezident İlham Əliyev də Misirə səfər etmişdi. Həmin dövrdən əlaqələrimiz sürətlə inkişaf edib".
C.Məmmədov qeyd edib ki, bugünkü səfər də mühüm önəm daşıyır:
"Bir müddət bundan öncə Misir prezidenti Azərbaycana gəlmişdi.
Bugünkü səfər Azərbaycan-Misir əlaqələri arasında yeni dövrün başladığını göstərir. İki dövlət arasında əlaqələr inkişaf edir. Bu gün mühüm sənədlər imzalandı".
Deputat qeyd edib ki, Azərbaycan-Misir arasında bu gün iqtisadi cəhətdən mühüm əlaqələr var:
"Misirin əczaçılıq imkanları, nəqliyyat imkanları da genişdir. Bu, bizə imkan verəcək ki, əlaqələrimiz inkişaf etsin, güclənsin və yeni mərhələyə qədəm qoyaq. Yeni uğurlara imkan yaranacaq.
Bu əlaqələr İslam həmrəyliyinin gücləndirilməsinə də öz töhfəsini verəcək.
Hər ikisi müsəlman ölkəsidir. Potensialı var. Bu səfər əməkdaşlığımızı yeni bir mərhələyə və yeni səviyyəyə qaldıracaq. Bu, bizə yeni üfüqlər açan mərhələdir", - deyə C.Məmmədov əlavə edib.
Nəzrin Vahid