Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bu gün ölkəmizdə “Vəkil Günü” qeyd edilir
“Vəkil Günü” xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilən və müstəqil vəkillik institutunun əsasını qoyan 28 dekabr 1999-cu il tarixli “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunla bağlıdır.
Oxu.Az-ın məlumatına görə, dahi lider Heydər Əliyevin 100 illiyi ilə bağlı Vəkillər Kollegiyasının (VK) təntənəli mərasimi keçirilib.
Tədbirdə VK rəhbərliyi ilə yanaşı, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Milli Məclis sədrinin I müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Baş prokurorun müavini Heydər Məmmədov, Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə, Polis Akademiyasının rəisi Canpolad Daanov, ADA Universitetinin Hüquq fakültəsinin dekanı Rəşad İbadov da daxil olmaqla, bir sıra təhsil müəssisəsinin nümayəndələri, vəkil qurumlarının rəhbərləri, hüquq müdafiəçiləri və KİV nümayəndələri iştirak edib. Mərasimi VK-nın sədri Anar Bağırov açıq elan edib.
Sonra, ümummilli lider Heydər Əliyev və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Akademik Filarmoniyasının xor orkestrının ifasında Dövlət Himni səsləndirilib.
Daha sonra VK-nın 2023-cü il üzrə hesabat videosu nümayiş etdirilib.
Açılış nitqi ilə çıxış edən Anar Bağırov Kollegiyanın ötən altı il ərzindəki fəaliyyətindən, son dövrlər görülən işlərdən danışıb. VK-nın “Heydər Əliyev İli” ilə bağlı görülən işlərdən danışan sədr ümummilli lider Heydər Əliyev tərəfindən 28 dekabr 1999-cu ildə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun imzalandığını, Azərbaycan tarixində ilk dəfə vəkilliyin tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan bir təsisat kimi formalaşdığını və həmin dövrdə qəbul olunmuş prosessual qanunvericiliyə əsasən, vəkillik çəkişmə prinsipi çərçivəsində prosesin bərabərhüquqlu peşə birliyinə çevrildiyini vurğulayıb.
Azərbaycanın post-sovet məkanında vəkillik institutuna müstəqillik verən ilk dövlətlərdən biri olduğunu bildirən Anar Bağırov ölkəmizdə vəkillik institutunun inkişafı və nüfuzunun artırılması istiqamətində bir sıra normativ-hüquqi aktların, çoxsaylı sərəncamlar və digər sənədlərin qəbul edildiyini, heç bir dövlət qurumunun vəkillik fəaliyyətinin işinə müdaxilə edə bilmədiyini, qanunla da bu məsələ həllini tapdığını, o cümlədən hazırda vəkillik fəaliyyəti yeni dövrünü yaşayaraq inkişaf etdiyini dilə gətirib.
Bu da ulu öndərin layiqli davamçısı, Ali Baş Komandan, Prezident İlham Əliyevin adı ilə birbaşa bağlıdır.
Daha sonra, tədbirdə vəkilliyin inkişafına verdiyi töhfəyə və səmərəli əməkdaşlığa görə məhkəmə hakimiyyətindən Konstitusiya Məhkəməsi, qanunvericilik hakimiyyətindən Milli Məclis, icra hakimiyyətindən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, hüquq-mühafizə orqanlarından Baş Prokurorluq, ali təhsil müəssisələrindən ADA Universiteti və hüquq müdafiəçilərindən Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu 2023-cü ilin “Vəkilliyin dostu” mükafatı ilə təltif edilib.
Həmçinin, mərasimdə Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə “Səmərəli əməkdaşlığa görə”, o cümlədən II “Yüksəliş” müsabiqəsinin qalibi Ramil Abulov "Yüksəliş" müsabiqəsinin idarəçi rəhbəri Anar Bağırov ilə 1 illik fərdi inkişaf - mentorluq proqramını müvəffəqiyyətlə bitirdiyinə görə təltif olunublar.
Tədbirdə VK-nın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə və Prezident İlham Əliyevin doğum gününə həsr edilən tələbələr arasında "Dəmir yumruq" hüquq sahəsində intellektual müsabiqənin qalibi olmuş Polis Akademiyasının komandası və ELSA Azərbaycan tərəfindən Kollegiyanın tam dəstəyi ilə həyata keçirilən Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyasının IX buraxılışının qalibi adını qazanmış “Libertas” komandası təltif ediliblər.
Sonra, mərasimdə Vəkil Marşı səsləndirilib. Vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından müvəffəqiyyətlə keçmiş və icbari təlimi başa vurmuş namizədlərin andiçmə mərasimi olub, vəkilliyə namizədlər Azərbaycanın Dövlət Bayrağı önündə and içib, onlara vəsiqələr, reyestrdən çıxarışlar və döş nişanları təqdim edilib. Daha sonra, vəkilliyə namizəd olan qazi Elman Məcidov çıxış edib, vəkil peşəsinə yiyələndiyi üçün qürur duyduğunu, vəkilliyə qəbulun daimi əsaslarla keçirilməsi ilə bağlı VK Rəyasət Heyətinə minnətdar olduğunu vurğulayıb. Eyni zamanda, mərasimdə VK-nın bu ildən beynəlxalq qeydiyyatlara alınan və yeni formatda buraxılan “Azərbaycan vəkili” jurnalının təqdimatı keçirilib.
Vəkillər Kollegiyası Akademiyasının rektoru Əmir Əliyev çıxışında elmi-praktiki jurnalın əhəmiyyətindən danışıb. Bundan başqa, 2023-cü il ərzində ən çox ödənişsiz hüquqi yardım aksiyasında iştirak etdiyinə görə Gəncə şəhər 1 saylı Vəkil Bürosu ilə Naxçıvan Respublikasının Vəkillər Kollegiyası “İlin vəkil qurumu”, il ərzində VK-nın ictimai fəaliyyətinə verdiyi töhfəyə görə Biznes Hüququ Komitəsi “İlin vəkil komitəsi”, il ərzində dövlət hesabına hüquqi yardım göstərən vəkillər sırasında ən çox uğurlu nəticə əldə etdiyinə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Elşad İsayev “İlin vəkili”, il ərzində keçirilən təlimlərdə fəal iştirakına görə “Kredo” Vəkil Bürosunun vəkili Vüsalə Muradxanlı “İlin təlimçi vəkili” elan olunub. Sonda, fəaliyyətləri dövrlərində fərqlənən və habelə yubileylərini qeyd edən Kollegiyanın bir qrup üzvləri təltif edilib.
"ADA Universiteti" teqi üzrə xəbərlər
- "Nar" uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir
- "COP29 və Dayanıqlı Media Təcrübələri" mövzusunda növbəti təlimlər keçirilir
- Böyük Britaniya lordları ADA Universitetində təşkil edilən konfransda çıxış ediblər
- Böyük Britaniya lordları Tahir Gözelin təşəbbüsü ilə Fəxri xiyabanı ziyarət ediblər
- Bəzi universitetlər beynəlxalq reytinqlərdə niyə yer ala bilmir?