Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Birinci Qarabağ müharibəsində itkin düşmüş daha 20 nəfərin şəxsiyyəti müəyyən olunub - ADLAR
Birinci Qarabağ müharibəsində itkin düşmüş daha 20 nəfərin şəxsiyyəti müəyyən olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasıdan məlumat verilib.
Bildirilib ki, bu, Dövlət Komissiyasında təmsil olunan Azərbaycan Respublikasının Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsi, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun mütəxəssis heyəti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində mümkün olub.
Eyniləşdirmənin nəticələri ilə bağlı iyunun 25-də Dövlət Komissiyasının İşçi qrupu tərəfindən itkin ailələri ilə görüş təşkil olunmuş, talelərinə aydınlıq gətirilmiş şəxslər barədə onlara ətraflı məlumat verilərək sualları cavablandırılıb.
Hazırda həmin şəxslərin dəfn mərasimlərinin təşkili ilə bağlı aidiyyəti dövlət qurumları ilə birlikdə zəruri işlər həyata keçirilir. Dəfn mərasimləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi prosesində şəxsiyyətləri müəyyən olunmuş birinci Qarabağ müharibəsində itkin düşmüş Azərbaycan Respublikasının vətəndaşlarının siyahısı aşağıdakı kimidir:
1. Zahid Baxış oğlu Nağıyev 01.01.1975;
2. İbrahim Ələşrəf oğlu Vəliyev 01.06.1924;
3. Aydın Əsədulla oğlu Qurbanov 12.01.1967;
4. Akif İlyas oğlu Abbasov 01.07.1970;
5. Yaşar Ələkbər oğlu Kərimov 12.04.1967;
6. İdris Osman oğlu Baxışov 25.12.1973;
7. Rəhim Əlyar oğlu Rəsulov 19.12.1967;
8. Şahin Talış oğlu Məmişov 12.11.1959;
9. Ələddin Bəhlul oğlu Paşayev 08.11.1961;
10. Usubəli Süleyman oğlu Qarayev 01.06.1961;
11. Nemət Musa oğlu Şahmuradov 26.12.1962;
12. Zakir Kamran oğlu Usubov 10.12.1964;
13. Muğan Gəray oğlu Əliyev 29.11.1958;
14. Uğur Eldar oğlu Dadaşov 02.05.1975;
15. Rəhim Məhkəmə oğlu Doluxanov 06.12.1958;
16. Telman Tevon oğlu Tağıyev 20.02.1953;
17. Sərvər İldırım oğlu Abbasov 10.11.1962;
18. Ədalət Şahmar oğlu Məmmədov 31.05.1958;
19. Məmməd Hüseyn oğlu Mirzəyev 05.11.1967;
20. Qərib Həsrət oğlu Mustafayev 01.07.1962.
"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Azərbaycanda onkoloji tibb xidmətlərinin maliyyələşdirilməsi artırılacaq
- COP çərçivəsində "İqlim və Sağlamlıq üzrə Bakı COP Sədrliklərinin Varislik Koalisiyası" yaradılır
- Gələn il icbari tibbi sığorta haqqı 124 manata çatdırılacaq
- Yekdil qərarla Azərbaycan 2024-2026-cı illər üçün ATACH-ın həmtəsisçisi seçilib
- Natəvan Əmirova və Nigar Rüfət qanunsuz tibbi fəaliyyətlə məşğul olublar?