Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının tərkibi dəyişib - SƏRƏNCAM
"Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3382 nömrəli Sərəncamında dəyişiklik edilib.
President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni sərəncam imzalayıb.
Dəyişikliyə əsasən, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun adı Müşahidə Şurasının üzvləri sırasından çıxarılıb. İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin adı Müşahidə Şurasının üzvü olub.
"İlham Əliyev" teqi üzrə xəbərlər
Ən çox oxunanlar