Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakıda “Heydər Əliyev siyasəti: tolerantlıq” mövzusunda konfrans keçirilib - FOTO
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Heydər Əliyev siyasəti: tolerantlıq” mövzusunda konfrans keçirilib.
“Report” xəbər verir ki, tədbirdə Dövlət Komitəsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbərliyi, respublikada fəaliyyət göstərən müxtəlif konfessiyalara mənsub dini icmaların sədrləri və din xadimləri iştirak ediblər.
Konfransda ölkədəki milli birlik və dini həmrəylikdən bəhs edən videoçarx nümayiş etdirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Katolik Kilsəsinin Apostol Prefekturasının yepiskopu Vladimir Fekete, Rus Pravosloav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının ictimai təşkilatlarla iş üzrə şöbəsinin müdiri Elnur Əfəndiyev, Alban-Udi xristian dini icmasının sədri Robert Mobili, Azərbaycan Bibliya Cəmiyyəti xristian dini icmasının sədri Rasim Xəlilov, Azərbaycan Bəhailəri Mərkəzinin katibi Ramazan Əsgərli çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Tədbirdə ulu öndər Heydər Əliyevin tolerantlığa verdiyi önəmdən, həyata keçirdiyi müdrik siyasət nəticəsində respublikada yaşayan dini icmalar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsindən, ölkənin nümunəvi tolerantlıq modelini formalaşdırmasından söhbət açılıb, sonda müzakirələr aparılıb.
"Fuad Nurullayev" teqi üzrə xəbərlər
- Aşura mərasimi hansı məscidlərdə keçiriləcək? - AÇIQLAMA
- Nişanlı qız üçün qurban kəsilməsi günahdırmı?
- QMİ rəsmisindən ETİRAZ: “Ramazandan istifadə edib insanları aldadırlar”
- Ramazanda fəaliyyəti dayanan şadlıq sarayları: “Toy etməmək dinlə bağlı bir məsələ deyil” - ARAŞDIRMA + FOTO
- Ayağını qəbrinə görə uzat və ya dəfn xərcləri artırılacaqmı? - AÇIQLAMA + FOTO