Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bakı və Bişkek arasında Niyyət Protokolu imzalanıb
Azərbaycan və Qırğızıstan arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında memorandumun həyata keçirilməsinə dair Niyyət Protokolu imzalanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Qırğızıstanın Təbii Sərvətlər, Ekologiya və Texniki Nəzarət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Protokolu Azərbaycanın təbii sərvətlər və ekologiya naziri Muxtar Babayev və Qırğızıstanın təbii sərvətlər, ekologiya və texniki nəzarət naziri Meder Maşiyev Bakıda keçirilən Pre-COP29 tədbiri çərçivəsində imzalayıblar.
"Azərbaycan tərəfi Pre-COP29-da iştirakına görə Qırğızıstana minnətdarlığını bildirib və gələcək səmərəli əməkdaşlığa hazır olduğunu qeyd edib. Öz növbəsində, Qırğızıstan tərəfi görüşə görə M.Babayevə təşəkkür edib və ona COP29 kimi irimiqyaslı tədbirin keçirilməsində uğurlar arzulayıb", - məlumatda bildirilib.
"Muxtar Babayev" teqi üzrə xəbərlər
- Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak edib
- Su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu imzalanıb
- Muxtar Babayev: "Qadınlar iqlim dəyişikliyindən əziyyət çəkən həssas təbəqəyə aiddirlər"
- Muxtar Babayev: "Dünyada şəhər əhalisinin xüsusi çəkisinin 70%-ə çatacağı proqnozlaşdırılır"
- Muxtar Babayev: "Turizm çox vaxt lazımınca qiymətləndirilmir"