Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
“Azəriqaz”ın yeni rəhbərinin atası da uzun illər yüksək vəzifələrdə çalışıb - DOSYE + FOTO
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev vəzifəsindən azad edilib. Onun vəzifələrinin icrası İstehsalat Birliyinin baş direktorunun müavini Azər Məmmədova həvalə edib.
Modern.az xəbər verir ki, 2023-cü ilin mart ayından “Azəriqaz”ın direktor müavini postuna gətirilən Azər Məmmədov Qarakənd səmasında vurulan vertolyotda şəhid olmuş dövlət xadimi Vəli Məmmədovun oğludur.
Mərhum Vəli Məmmədov uzun illər müxtəlif dövlət vəzifələrində çalışıb.
O, 20 noyabr 1991-ci ildə Xocavənd rayonunun Qarakənd kəndi üzərində ermənilər tərəfindən vurulan “Mi-8” helikopterində şəhid olmuş 22 nəfərdən biridir. İctimai-siyasi xadim, ədəbiyyatşünüs, publisist, SSRİ-nin xalq deputatı olmuş Vəli Məmmədov Bakının indiki Səbail rayonunda 1-ci katib vəzifəsində işləyib. Onun sonuncu vəzifəsi Azərbaycan Kommunist Partiyası MK-da Nəzarət Komitəsinin sədr müavini olub.
Qeyd edək ki, “Azəriqaz” İstehsalat Birliyinin yeni baş direktoru Azər Məmmədov daha əvvəl “İnpatBank” (Azərbaycan) İdarə Heyətinin sədri (1993-1996), “AZEXİM” Korporasiyasının kommersiya və maliyyə direktoru (1996-2000), “Milio Commodity Services” MMC-nin Bakıdakı Nümayəndəliyinin rəhbəri (2000-2003), “Azərboru” SC-də maliyyə direktoru (2003-2013), “SOCAR Georgia Gas”şirkətinin direktoru (2014-2023) vəzifələrində çalışıb.
O, 2023-cü ildən “Azəriqaz” İstehsalat Birliyinin (İB) sədr müavini vəzifəsini icra edirdi.