Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycanla Anqola arasında siyasi məsləhətləşmələr mexanizmi yaradılır
Azərbaycanla Anqola arasında siyasi məsləhətləşmələr mexanizmi yaradılır.
Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayevlə Anqola Xarici Əlaqələr Nazirliyinin Dövlət Katibi Esmeralda Mendonza ikitərəfli görüşdə Anlaşma Memorandumu imzalayıblar.
Qeyd olunub ki, görüşdə iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.
Azərbaycan və Anqola arasında siyasi məsləhətləşmələr üzrə mexanizmin yaradılmasının ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlığın əlaqələndirilməsinə və inkişafına xidmət edəcəyi vurğulanıb.
"Xarici İşlər Nazirliyi (XİN)" teqi üzrə xəbərlər
- Bu xəbərləri qaçırmayın: 20.11.2024-ün ən mühüm hadisələri
- Səfirlik Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış edib
- Fransa səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırıldı
- Azərbaycan Haaqa Məhkəməsinə Ermənistanla bağlı müraciət etdi
- XİN AŞ-nin Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyasının rəyinə münasibət bildirib