Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycan Prezidenti: "Bu gün biz rəsmən Özbəkistanın müttəfiqi olduq"
"Bu gün Azərbaycan və Özbəkistan rəsmən müttəfiq oldular".
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə mətbuata bəyanatında bildirib.
Dövlətimizin başçısı vurğulayıb:
"Bu gün biz rəsmən müttəfiqlər olduq. Əslində, razı olardım ki, bu, tarixi məqamdır. Müttəfiqlik münasibətlərinə dair müqavilə iki ölkənin imzalaya biləcəyi ali səviyyədə beynəlxalq sənəddir. Biz bu gün Daşkənddə, həqiqətən də, münasibətlərimizin yeni fəslini deyil, kitabını yazırıq. Bu gün iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldu. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək".
"İlham Əliyevin Özbəkistan səfəri" teqi üzrə xəbərlər
- Daşkənddə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib
- Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
- Bu xəbərləri qaçırmayın: 23.08.2024-ün ən mühüm hadisələri
- İlham Əliyev: "Azərbaycan və Özbəkistan birgə İnvestisiya Fondunun kapitalını artırmalıdır"
- İlham Əliyev özbəkistanlı həmkarı ilə Xankəndidə sənaye müəssisəsinin yaradılmasını müzakirə edib