Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə" dəyişib
Prezident İlham Əliyev 17 noyabr 2023-cü il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə"də dəyişiklik edib.
"Report" xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, bundan sonra agentliyin sədri (indiki halda Zaur Mikayılov) dövlət büdcəsindən ayrılan və büdcədənkənar vəsaitlərlə yanaşı, qurumun strukturuna daxil olmayan tabeliyindəki qurumların gördüyü işlərdən (göstərdiyi xidmətlərdən) əldə olunan gəlirlərin də sərəncamçısı olaraq maliyyə vəsaitini bölüşdürə, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla agentlik işçilərinin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edə bilər.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
- Prezident iki publik hüquqi şəxsi ləğv etdi
- Kərim Vəliyev Pakistanın Quru Qoşunları komandanı ilə görüşüb
- Prezident İlham Əliyev Ağdam Şəhəri Günü münasibətilə paylaşım edib
- Bu xəbərləri qaçırmayın: 20.11.2024-ün ən mühüm hadisələri