Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
AVP: "Seçkilər xalq-dövlət birliyini bir daha nümayiş etdirdi"
"VII çağırış Milli Məclisə keçirilən seçkilər ölkənin demokratik təcrübəsini daha da zənginləşdirdi və ölkədə yaşanan xalq-dövlət birliyini bir daha nümayiş etdirdi".
Oxu.Az xəbər verir ki, bu barədə Ana Vətən Partiyasının (AVP) bəyanatında deyilir.
Qeyd edək ki, AVP-nin sədr müavini Günay Ağamalı Mərkəzi Seçki Komissiyasının ilkin nəticələrinə əsasən, 65 saylı Salyan-Biləsuvar-Neftçala Seçki dairəsində liderdir.
"VII çağırış Milli Məclisin fəaliyyətində də sağlam siyasi dialoq və peşəkar əməkdaşlıq prinsiplərinin qorunmasını siyasi prioritet kimi qiymətləndirən AVP siyasi münasibətlərin bütün subyektlərini Milli Məclislə açıq və sağlam əməkdaşlığa dəvət edir", - deyə bəyanatda qeyd olunub.