Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Andrey Plenkoviç: "İqlim maliyyələşməsinin həcminin artırılması üzrə danışıqlar davam edəcək"
"Xorvatiya iqlim maliyyələşməsinin həcminin artırılması təşəbbüsünü fəal şəkildə irəli sürməyi planlaşdırır".
Oxu.Az-ın məlumatına görə, bunu Xorvatiyanın Baş naziri Andrey Plenkoviç jurnalistlərə açıqlamasında deyib.
O vurğulayıb ki, iqlim dəyişikliyi ilə mübarizəyə ayrılan məbləğin artırılmasına nail olmağın vaxtı çatıb.
Plenkoviçin sözlərinə görə, 2022-ci ildə iqlim maliyyələşməsinin həcmi ilk dəfə olaraq 115 milyard dolları keçib ki, bu da ilkin razılaşdırılmış 100 milyard dollarla müqayisədə əhəmiyyətli irəliləyişdir.
"Düşünürəm ki, bu məbləğin artırılmasına nail olmağın vaxtı çatıb. İndi danışıqçıların belə bir məbləğ barədə razılığa gələcəyini proqnozlaşdıra bilmərəm, lakin şübhəsiz ki, bu, bugünkündən çox olmalıdır", - deyə baş nazir bildirib.
O əlavə edib ki, iqlim maliyyələşməsinin həcminin artırılması üzrə danışıqlar növbəti 10 gün ərzində noyabrın 22-dək davam edəcək.
Rufina Abdullayeva
"COP29" teqi üzrə xəbərlər
- Ukraynalı nazir: "COP29-da 300 milyardlıq iqlim hədəfinin razılığa gəlinməsi strateji sazişdir"
- BMT baş katibi COP29-un təşkilatçılığında peşəkarlığı yüksək qiymətləndirib
- Erməni lobbisinin arqument böhranı
- Britaniyanın xarici işlər naziri: "COP29 sazişi vacib bir addımdır"
- UNEP rəhbəri: "Bakıda baş tutmuş COP29-da quracağımız gələcəyin təməli qoyulub"