Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Ali Məhkəməyə yeni seçilən hakimlər and içdilər
2024-cü il oktyabrın 9-da Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Ali Məhkəmənin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, iclasda əvvəlcə Ali Məhkəməyə təyin olunmuş yeni hakimlərdən İlqar Cəfərov, Sərvər Vəliyev və Şirvan Apellyasiya Məhkəməsinə təyin edilmiş Qasım Əliyev ilk dəfə hakimlik fəaliyyətinə başladıqlarına görə andiçmə üçün kürsüyə dəvət olunublar. Onlar "Məhkəmələr və hakimlər haqqında" Qanunun tələbinə əsasən, ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəklərinə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub-saxlayacaqlarına, yüksək hakim adına hörmət ruhunda davranacaqlarına and içiblər.
Hakim vəzifələrinə yeni təyin olunmuş şəxslərə hakimin xüsusi geyim forması təqdim olunub.
Ali Məhkəmənin sədri İnam Kərimov yeni hakimləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.
Sonra Plenumda "Qəsdən adamöldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2002-ci il 12 dekabr tarixli 3 nömrəli Qərarına, habelə qanunvericilikdə edilmiş dəyişikliklərə uyğunlaşdırılması tələb olunan digər qərarlarına əlavə və dəyişikliklərin edilməsi barədə layihəyə baxılıb.
"İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 4 nömrəli Qərarına əlavə və dəyişikliklərin edilməsi barədə qərar qəbul edilib.
Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə kollegiyalarının tərkiblərinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə və əlavə kassasiya qaydasında yenidən baxılmasına dair məhkəmə tərkiblərinin və kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərdən ibarət qarışıq tərkibdə baxılmasına dair məhkəmə tərkibləri yenidən təşkil edilib.
Daha sonra "Azərbaycan Respublikası Ali Məhkəməsi Bülleteninin Redaksiya Heyətinin tərkibi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərar layihəsi müzakirə edilib və müvafiq qərar qəbul olunub.
İclasda, həmçinin, konkret işlərə baxılıb.
"Ali Məhkəmə" teqi üzrə xəbərlər
- Maşının texniki baxışdan keçirilməsi üçün rüşvət alan sabiq vəzifəli şəxslə bağlı QƏRAR
- Bakıda 170 minlik "iPhone" "atan" şəxs yenidən hakim qarşısında
- Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər
- Ali Məhkəmədə iqlim dəyişikliyi ilə bağlı tədbir keçirilib
- Üç hərbçini öldürərək ömürlük cəza alan şəxs Ali Məhkəməyə müraciət etdi