Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
ABŞ dövlət katibinin köməkçisi Azərbaycana səfərinin məqsədlərindən danışdı
"ABŞ Mərkəzi Asiyadan malların ixracının Azərbaycandan keçməsini təmin etməyə çalışır".
Bu sözləri ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələr zamanı deyib.
"Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına ixracı hazırda yalnız Çin və Rusiya vasitəsilə həyata keçirilir. Bir marşrut Gürcüstandan Qara dənizə istiqamətlənir, amma digəri - potensial olaraq daha böyük marşrut - Azərbaycan, Ermənistan və Türkiyədən keçə bilərdi, bu səbəblərə görə də bizim Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh sazişinə ehtiyacımız var", - deyə o, Bakıya planlaşdırılan səfərinin məqsədləri barədə danışarkən deyib.
Xatırladaq ki, daha əvvəl ABŞ Dövlət Departamentinin Mətbuat Xidməti xəbər verib ki, O`Brayen iyunun 27-də Azərbaycana səfər edəcək və orada yüksəkvəzifəli dövlət rəsmiləri ilə görüşlər keçirəcək.
Mənbə: TASS