Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
"3+3" formatının qapıları Gürcüstan üçün hər zaman açıqdır - BƏYANAT
İstanbulda "3+3" regional əməkdaşlıq platformasının iştirakçılarının görüşü baş tutub. Görüş zamanı tərəflər görüləcək işlərin vacibliyini vurğulayıb və platformanın qapılarının Gürcüstan üçün hər zaman açıq olduğunu təsdiq ediblər.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə nazirlərin görüşünün yekunlarına dair birgə bəyanatda bildirilib.
"İkitərəfli danışıqların davamlı regional sülhə və iqtisadi inkişafa nail olmaq üçün çoxtərəfli məsləhətləşmələr rolunu oynayacağı vurğulanıb. Platformanın qapılarının Gürcüstan üçün hər zaman açıq olduğu təsdiqlənib", - bəyanatın mətnində qeyd olunub.
Qeyd edək ki, bu gün İstanbulda Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistanın xarici işlər nazirlərinin iştirak etdiyi "3+3" formatında növbəti görüş keçirilib.
Formatın xarici işlər nazirlərinin müavinləri səviyyəsində ilk görüşü 2021-ci ildə Rusiyanın paytaxtı Moskvada, nazirlər səviyyəsində ikinci görüşü isə 2023-cü ildə Tehranda keçirilmişdi.
"3+3 formatı" teqi üzrə xəbərlər
- Deputat: "Region üçün "3+3" formatından daha uğurlu platforma ola bilməz"
- Türkiyə XİN: "Cənubi Qafqazda davamlı sülh üçün region ölkələri ilə iş davam edəcək"
- Lavrov: "Ermənistan Türkiyə ilə birbaşa əlaqə qurmaq istəyir"
- Azərbaycan və Ermənistan sülh sazişinin bağlanması üçün daha çox səy göstərmək istiqamətində razılıq əldə ediblər
- Ərdoğan "3+3" platforması çərçivəsində dörd ölkənin XİN başçılarını qəbul edib