Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Türkiyənin məşhur modelyeri Ebru Şallı boşanır: "Məgər hər şey maddiyat imiş"
Türkiyənin məşhur modelyeri Ebru Şallı və biznesmen Uğur Akkuş 5 illik evliliklərinə xitam verirlər.
Oxu.Az-ın "Haber Global"a istinadla verdiyi məlumata görə, Akkuş sosial media hesabında ayrılıq səbəbi ilə bağlı diqqətçəkən açıqlama verib.
Onun sözlərinə görə yaxın ətrafı, ailəsi və tanışları bu boşanma ilə bağlı müxtəlif iddialar səsləndirməsinlər deyə, əsl səbəbi özü açıqlamaq istəyib.
"Bu gün 7 ildir birlikdə olduğum, çox sevdiyim, aşiq olduğum və çox əmək sərf etdiyim həyat yoldaşım Ebru Şallıdan boşanmaq üçün Beykoz 1-ci Ailə Məhkəməsinə müraciət etdim. Boşanma istəyimin yeganə səbəbi artıq xoşbəxt olmamağımdır. Bu münasibətin sevgi və məhəbbət evliliyi olduğunu zənn etmişdim, amma, sən demə, hər şey pul və maddi maraqlardan ibarət imiş! Bunu çox gec və çətinliklə anladım. Artıq xoşbəxt və hüzurlu bir həyat yaşamaq üçün boşanmağa qərar verdim", - deyə o bildirib.
Qeyd edək ki, Ebru Şallı və Uğur Akkuş 2019-cu ildə ailə qurublar. Onların Pars adlı oğulları var.
Ebru Şallı mövzu ilə bağlı hələlik açıqlama verməyib.
Rəylər