Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Pərvin Abıyeva: “Mənim üzüm üzlər görüb” - VİDEO
“Bu sənəti seçdiyimə görə ailə qurmaq şansından məhrum olmuşam”.
Bunu Baku TV-nin “Qapqara” verilişində aktrisa Pərvin Abıyeva deyib.
O, evlilikdən imtina etməsinin səbəbinə aydınlıq gətirib:
“Ailələrin çoxu köhnə düşüncədədir. “Tanınmış olmamalıdır, ev qızı olmalıdır, qızı 18 yaşından almaq lazımdır” kimi fikirlər hələ də qalır. Mənim üzüm üzlər görüb. Haqqımda bu qədər xəbərlər çıxır. Ata-ana da düşünür ki, sabah bunu gəlin gətirəndə qohum-əqrəba nə deyəcək?!”.
P.Abıyeva qadın aktrisaların onu bəyənməməsinə də münasibət bildirib:
“Məni sevməyənlərin aktrisalığı, təhsili məndən güclü ola bilər. Amma mənim olduğum pilləyə gəlib çata bilmirlər. Çox istedadlı olsalar da, onların şansı yoxdur. Mən isə şanslı insanam. Bu gün Azərbaycanda ən tanınmış aktrisayam. Məni bəyənməməkləri normaldır”.
Ətraflı süjetdə:
Rəylər