Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Onurğa iflicindən əziyyət çəkən Könül Xasıyeva: “22 ildir həkimlər...” - AÇIQLAMA
Uzun müddətdir onurğasında problem olan Xalq artisti Könül Xasıyeva səhhətindən danışıb.
Oxu.Az-a açıqlama verən muğam ifaçısı səhhəti ilə bağlı 22 ildir həkimlərlə ünsiyyətdə olduğunu qeyd edib:
“Artıq 22 ildir ki, həkimlər mənim qayğıma qalırlar. Elə həkimim olub ki, özü qızdırmanın içində olsa da, nə vaxt zəng etmişəm gəlib. İndi şükür ki, özümü yaxşı hiss edirəm. Tədbirlərə, efirlərə qatılıram. Ara-sıra dost tanışın, uzun illərdir ailəvi ünsiyyətimiz olan insanların məclislərində gedib, təbrik edib gəlirəm”.
Getdiyi yerlərə oğlu Kazım ilə birlikdə qatılan K.Xasıyeva oğlunun musiqi sahəsi ilə məşğul olmaq istədiyini vurğulayıb:
“Bu il oğlum artıq səkkizinci sinfi bitirib doqquza keçdi. Hazırda nağarada ifa edir, həvəsi onadır. Allah bütün balaları qorusun”.
Dilşad Bəhruzqızı
"Könül Xasıyeva" teqi üzrə xəbərlər
- Könül Xasıyeva əməliyyat olundu
- Xalq artisti Könül Xasıyeva konsert verib - FOTO/VİDEO
- Xalq artisti Könül Xasıyeva: “Dünəndən özümə gələ bilmirəm” - VİDEO
- Küçələrdə biskvit satdı, açıq-saçıq geyimləri gündəm oldu: Xalq artisti təhsilini niyə yarımçıq qoydu? - FOTO
- Könül Xasıyeva xəstəliyindən danışdı: “Keçən il boğazıma “divan tutdum” - VİDEO
Rəylər