Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Gülşən barədə məhkəmə qərar verdi - FOTO/VİDEO
Konsertində söylədiyi sözlərə görə həbs olunan türkiyəli müğənni Gülşən Çolakoğlunun cəzası ev dustaqlığı ilə əvəzlənib.
Məlumata görə, ifaçının həbs olunaraq Bakırköy Qadın Qapalı Həbsxanasına aparılmasına vəkili Emek Emre etiraz etmişdi. Bu gün keçirilən məhkəmədə hakim etirazı qəbul edib.
Xatırladaq ki, Gülşən “xalqı kin və düşmənçiliyə sövq etmək”də ittiham olunur.
Buna səbəb isə ifaçının musiqiçiyə dediyi sözlər olub. Onun səhnədə: “Daha əvvəl “İmam Hatip”də təhsil almışdı, əxlaqsızlığı bundandır”, - dediyi görüntülər müzakirələrə səbəb olub və İmam Hatip liseyinin şagirdlərinə təhqir kimi qəbul edilib.
Gülşən isə ifadəsində deyib ki, hadisə 30 aprel 2022-ci ildə Ataşehirdə konsertdə baş verib.
“Bu qısa görüntü aylar sonra kim tərəfindən və nə məqsədlə tirajlanıb, bilmirəm. Lakin hesab edirəm ki, bu, təxribat məqsədi daşıyır”, - deyə o bildirib.
Mənbə: NTV
Rəylər