Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Fərda Xudaverdiyev: “Əvvəl “hacı” deyəndə müqəddəs torpaqlar, indi isə Şəbnəm yada düşür”
Aktyor Fərda Xudaverdiyevin müğənni Şəbnəm Tovuzlu haqda dedikləri ifaçını əsəbiləşdirib.
Belə ki, Fərda “Xəbər-ətər” proqramında “hacı” mövzusuna toxunub:
“Hacı” deyəndə bir zamanlar hamının ağlına müqəddəs torpaqlar gəlirdi, indi isə Şəbnəm Tovuzlu gəlir. Bu zarafatı verilişimdə edəcəkdim. İnşallah, Şəbnəmin xətrinə gəlməz. Şəbnəmin kod adı “hacı”dır. Əgər Şəbnəmlə bundan gözəl zarafat edən olsa, ondan üzr istəməyə hazıram. Sən mahnı oxuyursan, mən də söz yazıram. Burada nə var ki?!”
Proqramda yer alan Şəbnəm aktyora “Bu adama nə deyim, dostumdur da. Ona görə bu dəfə keçirəm. Həddini aşmadan, sərhədini keçmədən zarafat etmək olar, burada nə var ki? Bunu Coşqun-Rafael də etmişdi. Gülmüşdük. Hər şey normada olanda incimirəm, zarafatı qəbul edirəm. Amma hər şey qaydasında” cavabını verib.
"Şəbnəm Tovuzlu" teqi üzrə xəbərlər
- Bütün yollar yataqdan keçir...
- Məşhur psixoloq: "Zövqlər müxtəlifdirsə, "zövqsüzlük" anlayışı niyə var?"
- Azərbaycanlılar ən çox nəyə qulaq asırlar: "YouTube" trendləri
- Orxan Lökbatanlıya Heydər Əliyev Sarayında konsert keçirməyə niyə icazə verilmədi?
- Şəbnəm Tovuzlu və Vəfa Şərifova arasında QALMAQAL: “Heç vaxt adam olmayacaqsan”
Rəylər