Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
40 il həbsi istənən Dilan Polatın əri də azadlığa çıxdı
Ötən ay azadlığa çıxan türkiyəli fenomen Dilan Polatın həyat yoldaşı Engin Polat da həbsdən buraxılıb.
Oxu.Az-ın birgün.net-ə istinadən verdiyi məlumata görə, bu barədə Anadolu 2-ci İnstansiya Cəza Məhkəməsinin qərarından aydın olub.
Bildirilir ki, sənədə əsasən türkiyəli bloqerin həyat yoldaşı ilə yanaşı daha üç nəfər - Sezgin Polat, Alper Kürşat Polat və mühasib Ahmet Gün barədə azadlığa buraxılma qərarı verilib.
Sosial şəbəkələrdə həyat yoldaşının buraxılma xəbərini eşidən Dilan Polatın sevincli reaksiyası ilə bağlı görüntülər paylaşılıb.
Xatırladaq ki, Türkiyədə 2023-cü ilin noyabrından başlayaraq altı şəhərdə keçirilən əməliyyatlarda Dilan Polat və həyat yoldaşı Engin Polatın da aralarında olduğu 24 şübhəli şəxs saxlanılıb. Onlar "Cinayət törətmək məqsədilə təşkilat yaratmaq və idarə etmək", "Cinayət yolu ilə əldə edilmiş əmlak dəyərlərinin yuyulması", "Futbol və digər idman yarışlarında mərc və şans oyunlarının təşkili haqqında qanunun pozulması" maddələri ilə ittiham olunurlar. Prokuror bu cinayətlərə görə, onların 40 il azadlıqdan məhrum edilməsini istəyib. Ancaq avqustun 19-da Dilan Polat azadlığa buraxılıb.
"Dilan Polat" teqi üzrə xəbərlər
- Dilan Polatın yaxın rəfiqəsi olan "TikTok" fenomeni məktub yazaraq intihar etdi
- Dilan Polatın həyatı filmə çevrilir: Məşhur şirkətlər bir-biri ilə yarışa girdilər
- Həbsdən çıxan Dilan Polat ərinin görüşünə getdi: Engin Polat da azadlığa buraxılır?
- Azadlığa çıxan Dilan Polatın evindən ilk paylaşım
- Azadlığa çıxan Dilan Poladın ilk görüntüləri
Rəylər