Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Erməni təxribatında yaralanan əsgər: “Ordumuz hər zaman öz hərbçisinin qisasını alıb” - YENİLƏNİB + FOTO/VİDEO
“Hazırda özümü yaxşı hiss edirəm, sağalmağa çalışıram”.
Bunu Oxu.Az-a açıqlamasında ötən gün şərti dövlət sərhədinin Zəngilan istiqamətində Ermənistanın təxribatı nəticəsində yaralanan hərbi qulluqçu, 2001-ci il təvəllüdlü Pərviz Xəlilzadə deyib.
O bildirib ki, 8 aydır həqiqi hərbi xidmətdədir:
“Eşitdiyimə görə, qarşımızda olan və mənə atəş açılan post darmadağın edilib. Bu, çox qürurvericidir. Azərbaycan Ordusu hər zaman öz hərbi qulluqçusunun yanında olub və olacaq. Ordumuz hər zaman öz hərbi qulluqçularının qisasını alıb və bu belə də olacaqdır”.
Qeyd edək ki, P.Xəlilzadə Lənkəran Dövlət Universitetinin Tarix-coğrafiya müəllimliyi ixtisasının 2023-cü il məzunudur.
11:10
“Sərhəd döyüş məntəqəmizdə iki nəfərlə vəzifəmizi yerinə yetirirdik. Qarşıdakı düşmən postlarının müşahidəsini aparırdıq. Bu zaman tək bir atəş səsi eşitdim. Həmin an huşumu itirdim”.
Bunu APA-ya açıqlamasında ötən gün şərti dövlət sərhədinin Zəngilan istiqamətində Ermənistanın təxribatı nəticəsində yaralanan hərbi qulluqçu, 2001-ci il təvəllüdlü Pərviz Xəlilzadə deyib.
Hazırda xəstəxanada müalicəsini davam etdirən əsgər əməliyyat olunduğunu bildirib:
“Əməliyyat yaxşı keçdi. Yavaş-yavaş səhhətim düzəlir. Həkimlər əlindən gələni edirlər. Tezliklə sağalıb, döyüş məntəqəsinə qayıdaraq xidmətimi davam etdirmək istəyirəm. Sərhədçi olduğum üçün fəxr edirəm. Vətən sağ olsun”.
Qeyd edək ki, Respublika Neyrocərrahiyyə Xəstəxanasının şöbə müdiri Rasim Quliyev verdiyi açıqlamada xəstənin bədənindən çıxardıqları güllənin hərbi mütəxəssislərin ilkin rəyinə görə, xarici ölkələrdə istehsal olunmuş snayper gülləsi olduğunu deyib.
Könül Cəfərli
Rəylər