Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycanlı generallar "Efes-2024" təlimində
Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti mayın 30-da İzmir şəhərində "EFES - 2024" çoxmillətli təliminin Yüksəksəviyyəli Müşahidəçi Günündə iştirak ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Yüksəksəviyyəli Müşahidəçi Günündə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və milli müdafiə naziri Yaşar Güler çıxış ediblər.
Nümayəndələr Türkiyə Respublikası Müdafiə Sənayesi Komitəsinin sərgisi ilə tanış olduqdan sonra "Türk ulduzları"nın nümunəvi uçuşlarını və paraşüt atlayışlarını izləyiblər.
Sonra 49 ölkədən ümumilikdə 1 567 nəfərdən ibarət şəxsi heyətin iştirak etdiyi "EFES - 2024" çoxmillətli təlimində mükafatlandırma mərasimi keçirilib.