Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Şahmat turnirində qalmaqallı hadisə: Dağıstanlı çempion Amina Abakarova rəqibini zəhərlədi
Dağıstanın paytaxtı Mahaçqalada keçirilən şahmat turnirində şok hadisə baş verib. Belə ki, ötən ilin şahmatın blits növü üzrə çempionu Amina Abakarova əsas rəqibi Umayqat Osmanovanın şahmat taxtasına civə sürtərək onu yarışdan kənarlaşdırmağa cəhd edib.
Oxu.Az-ın "Shot" "Telegram" kanalına istinadla verdiyi məlumata görə, sosial şəbəkələrdə hadisə anının videosu paylaşılıb.
Kadrlardan görünür ki, oyunlar başlamazdan qısa müddət əvvəl Amina Abakarova (şəkil 1.) rəqibinin oynamalı olduğu masaya yaxınlaşır və lövhəyə nəsə (sonradan bunun civə olduğu ortaya çıxır) tökür.
Qızlar arasında uzun müddətdir davam edən münaqişənin olması üzə çıxıb, ona görə də Amina belə ağır tədbirə əl atıb. Nəticədə Umayqatın (şəkil 2.) vəziyyəti pisləşib, güclü başgicəllənmə və ürəkbulanma əlamətləri müşahidə olunub, təcili yardım çağırmaq lazım gəlib.
Dindirilmə zamanı Abakarova etiraf edib ki, Osmanovaya qarşı şəxsi antipatiyası ilə impulsiv şəkildə hərəkət edib. Onun sözlərinə görə, rəqibi guya Abakarova və onun qohumları haqqında xoşagəlməz şayiələr yayaraq nüfuzuna xələl gətirib.
"Mən sadəcə onu qorxutmaq istəyirdim, real zərər vurmaq yox", - deyə Abakarova bildirib.
Aminaya qarşı hazırda orta ağırlıqda zərər yetirməyə görə cinayət işi açılması məsələsinə baxılır.
Qeyd edək ki, ötən il Amina Abakarova Pyatiqorskda keçirilən Şimali Qafqaz Federal Dairəsi Çempionatında 30 iştirakçı arasında qalib gələrək çempion olmuşdu. Amina A.Karpov adına şahmat məktəbində məşqçi, eləcə də 8 nömrəli liseydə müəllim işləyir. Umayqat Osmanova isə özünün şahmat məktəbinə sahibdir.
"Şahmat" teqi üzrə xəbərlər
- FIDE-nin reytinq siyahısı tərtib olunub - Şəhriyar Məmmədyarov geriləyib
- FIDE-dən Rusiya və Belarus idmançıları ilə bağlı QƏRAR
- Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri son görüşünü keçiriblər
- Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri növbəti görüşlərini keçiriblər
- Azərbaycan yığmaları Şahmat Olimpiadasına qələbə ilə başlayıblar