Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Rusiyada Dubay şahzadəsinin nadir avtomobili satışa çıxarılıb
Rusiyada Dubay şahzadəsi üçün hazırlanmış uzadılmış təkər bazasına malik 1962-ci ilin "Bentley S2" avtomobili satışa çıxarılıb.
Oxu.Az Avto.ru-ya istinadən xəbər verir ki, satıcı maşını 50 milyon rubla (965 min manat) satır. O, iddia edir ki, Dubay şahzadələrindən birindən sonra avtomobili Las-Veqasdakı kazinonun sahibi alıb və 2005-ci ildə nadir "Bentley" Rusiyaya gətirilib. Avtomobilə 6.2 litr həcmli və 200 at qüvvəsinə malik orijinal V8 mühərriki, həmçinin dördpilləli avtomatik transmissiya quraşdırılıb.
2015-ci ildə avtomobil bərpa olunub, 2020-ci ildə isə əyləc sistemi dəyişdirilib. 62 yaşlı "Bentley"nin odometrində təxminən 78 min mil (125,5 min km) məsafə qeyd olunub.
Xatırladaq ki, "Bentley S2" 1959-1962-ci illərdə Britaniya avtomobil istehsalçısı tərəfindən istehsal edilib. Avtomobil 2,3 min nüsxədə buraxılıb, lakin onlardan yalnız 57-si uzadılmış təkər bazası ilə olub.